Ana səhifə / Microsoft Access / Microsoft Access proqramında çap qaydası

Microsoft Access proqramında çap qaydası

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Sizləri Microsoft Access proqramında çap qaydası adlanan video dərslikdə salamlayıram.

Microsoft Access proqramında çap qaydası

Microsoft Access proqramında çap qaydasıVerilənlər bazasının bütün obyektləri eyni üsullarla çap edilir. Hesabatın və formanın çapdan çıxmış nüsxəsinin görkəmi elementlərin konstruktor rejimində yerləşdirilməsindən asılıdır. Cədvəl və sorğularda sətirlərin və sütunların ölçüləri, mətnin şrifti bilavasitə verilənləri daxil etmə rejimində Format (Format) menyusunun köməyi ilə yerinə yetirilir.
Deyilənləri Kadrlar cədvəlinin üzərində göstərmək olar.
Bazanın pəncərəsində Cədvəllər (Tables) düyməsini sıxın. İki dəfə mausun düyməsini sıxmaqla Kadrlar cədvəlini verilənlərin daxil edilməsi və düzəlişi rejimində açın. Mausla sağ sərhəddindən tutub Ünvan sütununun enini böyüdün. Formata Alt cədvəla Hamısını açmaq (Format- Subdatasheet- Expand All) əmrini seçin Microsoft Access proqramında çap qaydası

 və Qruplar cədvəlinin yazılarını Kadrlar cədvəlinin içində göstərin. Kadrlar ID sütununu seçmək üçün onun başlığında mausun düyməsini sıxın. Format- Sütunu gizlətmək (Format-Hide Columns) əmri ilə seçilmiş sütunu gizlədin. Bu sütun çap edilməyəcək. Çapdan əvvəl baxış verilənləri çap etməzdən qabaq nəzərdən keçirməyə imkan verir. Fayl- Səhifənin parametrləri (File- Page Setup) əmrini seçin. Açılan dialoq pəncərəsi səhifənin ölçülərini , istiqamətini və haşiyəsini göstərir. Haşiyə (Margins) səhifəsində sol kənarın ölçüsünü dəyişib 40 mm edin. Yerinə yetirilən düzəlişlər səhifənin Nümunə hissəsində əks etdirilir. Səhifə (Page) adlı səhifəni açın. Burada vərəqin istiqamətini dəyişdirmək olar. OK düyməsini sıxın. Fayl- Çap (File- Print) əmrini seçin. Çap (Print) dialoq pəncərəsi açılır. Adı (Name) sətrində açılan siyahıdan printeri seçin. Nüsxə (Copies) hissəsində çap ediləcək nüsxələrin miqdarını göstərin. OK düyməsini sıxın.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Bazanın sıxlaşdırılması

Bazanın sıxlaşdırılması

Verilənlər bazasının lazımi qaydada saxlanılması üçün bir sıra xidməti əməliyyatların yerinə yetirilməsi labütdur. Bazanın ehtiyat surətinin çıxarılmasını Windows -un standart əməliyyatları vasitəsilə yerinə yetirmək olar.

Добавить комментарий