Ana səhifə / Microsoft Access / Cədvələ filtrin tətbiqi

Cədvələ filtrin tətbiqi

Paylaşmaq!

Cədvələ filtrin tətbiqiSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Sizləri Cədvələ filtrin tətbiqi adlanan video dərslikdə salamlayıram.
Sorğular kimi filtrlər də müəyyən qoyulmuş şərtlərə cavab verən verilənlərin seçilməsi üçün istifadə edilir. Lakin filtr cədvəllə birlikdə saxlanınlır və başqa obyektlərlə istifadə oluna bilməz. Kadrlar cədvəlinə filtr tətbiq etməklə bir sıra yazını seçək. Verilənlər bazasının pəncərəsində Cədvəllər (Tables) düyməsini, sonra isə iki dəfə Kadrlar dyüməsini sıxın. Cədvəlin Soyadı sütununda Məlikova yazılmış xananı seçin. Seçilmə üzrə filtr düyməsini sıxın. Gördüyünüz kimi, cədvəldə Soyadı xanasında yalnız «Məlikova» olan yazılar qaldı. Cədvəlin bütün yazılarını göstərmək üçün Filtrin təqzibi düyməsini sıxın. Axırıncı tətbiq edilmiş filtr Access -in yaddaşında saxlanılır və onu təkrar Filtr düyməsini basmaqla tətbiq etmək olar. Cədvələ mürəkkəb Filtr də tətbiq oluna bilər.

Cədvələ filtrin tətbiqi

Məsələn, Kadrlar cədvəlindən tərkibində Məlikova soyadı olan və eyniCədvələ filtrin tətbiqi zamanda telefon sahəsi boş olmayan yazıları seçək. Yazılar Filtr Mürəkkəb filtr ( Recordsà Filter Advansed Filter/Sort) əmrini seçin. Sorğu konstruktorunun pəncərəsinə oxşar bir pəncərə açılır. Pəncərənin Aşağı hissəsində Soyadı sahəsinin «Məlikova» mətninə bərabər olması şərti artıq yazılıb. Blankın ikinci sütünuna mausun vasitəsilə Telefon sahəsini gətirin və Seçmə şərti (Criteria) xanasına <>Null düsturunu yazın. Bu şərt boş olmayan sahələri seçir. Filtr Filtrin tətbiqi (Filter Apply Filter/Sort) əmrini seçin. Yazılar Filtrin təqzibi (Records Remove Filter/Sort) əmri ilə filtri yığışdırın.
Yeni filtrin tətbiqi əvvəlki filtrləri ləğv edir. Filtri qoruyub saxlamaq üçün onu sorğu kimi saxlamaq lazımdır. Filtr pəncərəsini açın (Records Filter Advansed Filter/Sort). Fayl Sorğu kimi yadda saxlamaq (Fileà Save As Query) əmrini yerinə yetirin. Açılan pəncərədə sorğuya Filtr adı verib OK düyməsini sıxın. Filtr pəncərəsini bağlayın.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Bazanın sıxlaşdırılması

Bazanın sıxlaşdırılması

Verilənlər bazasının lazımi qaydada saxlanılması üçün bir sıra xidməti əməliyyatların yerinə yetirilməsi labütdur. Bazanın ehtiyat surətinin çıxarılmasını Windows -un standart əməliyyatları vasitəsilə yerinə yetirmək olar.

Добавить комментарий