Ana səhifə / Microsoft Access / Bazanın sıxlaşdırılması

Bazanın sıxlaşdırılması

Paylaşmaq!

Bazanın sıxlaşdırılmasıƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Bazanın sıxlaşdırılması, surətinin çıxarılması və ondan istifadənin məhdudlaşdırılması adlanan video dərslikdə salamlayıram. Bu video dərslik Bakı Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb. Verilənlər bazasının lazımi qaydada saxlanılması üçün bir sıra xidməti əməliyyatların yerinə yetirilməsi labütdur. Bazanın ehtiyat surətinin çıxarılmasını Windows -un standart əməliyyatları vasitəsilə yerinə yetirmək olar.

Bazanın sıxlaşdırılması


Cədvəllərlə işlədikdə və bazaya yeni-yeni obyektlər əlavə etdikdə bazanın ölçüsü getdikcə artır. İnformasiyanın bir hissəsi ləğv edildikdə o fayldan tamamilə silinmir. Nəticədə baza sərt diskdə həddindən artıq çox yer tutur. Bazanı sıxmaq üçün Xidmət-Xidməti proqramlara Verilənlər bazasını sıxlaşdırmaq və bərpa etmək (Tools-Database Bazanın sıxlaşdırılmasıUtilitiesa Compact And Repare Database) əmrini seçin. Bazanın əvvəlki və indiki ölçülərini müqayisə edin. Elektrik enerjisinin qəfil kəsilməsi nəticəsində zədələnmiş bazanın bərpası üçün yenə də bu əmrdən istifadə edilir.
Bazada məxfi məlumat saxlandığı halda Access-in imkanlarından istifadə edərək bazadan istifadəni məhdudlaşdırmaq olar.
Bazanı bağlayın.
Alətlər lövhəsinin Açmaq (Open) düyməsini sıxın. Açılan pəncərədə firststeps seçin. Açmaq (Open) açılan siyahısından (Open Exclusive) bəndini seçin. Bazanın bu rejimdə açılması ondan eyni zamanda başqa Bazanın sıxlaşdırılmasıistifadəçinin lokal şəbəkə vasitəsilə istifadə etməsinə imkan vermir.
Verilənlər bazasının açılmasına şifrə (parol) təyin etmək üçün Xidməti Mühafizə Şifrənin təyin edilməsi (Tools- Security- SetDatabase Password) əmrini seçin. Açılmış pəncərənin Şifrə (Parol) (Password) sahəsində şifrəni yazın. İkinci sətirdə parolu təsdiqləyin. OK düyməsini sıxın. Bundan sonra bazanı açmaq üçün şifrəni yazmaq lazım gələcək.
Şifrəni ləğv etmək üçün baza (Open Exclusive) rejimində açılmalıdır. Xidmət- Mühafizə- Şifrənin ləğv edilməsi (Tools- Security-UnsetDatabase Password) əmrini seçin. Əvvəlki şifrəni yazıb OK düyməsini sıxın.

 

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Microsoft Access proqramında çap qaydası

Microsoft Access proqramında çap qaydası

Verilənlər bazasının bütün obyektləri eyni üsullarla çap edilir. Hesabatın və formanın çapdan çıxmış nüsxəsinin görkəmi elementlərin konstruktor rejimində yerləşdirilməsindən asılıdır. Cədvəl və sorğularda sətirlərin və sütunların ölçüləri, mətnin şrifti bilavasitə verilənləri daxil etmə rejimində Format (Format) menyusunun köməyi ilə yerinə yetirilir.

Добавить комментарий