Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube istifadəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Meqa fayl mübadiləsi hostinqə həsr olunmuş sayca dördündü video dərsliyimdə sizləri salamlayıram. Əvvəlki, yəni 3-cü dərsimizdə biz Mega hostinqin interfeysi ilə tanış olduq və hostinqdə yeni qovluqların yaradılması prosesini öyrəndik.
Meqa hostinqə fayl yükləmək
Bugünkü, mövzumuz isə yaradılmış qovluqlara hər hansı bir məlumatın əlavə olunması olacaq. Gəlin görək bu hostinqdə məlumatı yəni faylı əlavə etmək üçün hansı imkanlar mövcuddur və hansı şəraitdə fayl hostinqə əlavə olunur? Mən düşünürəm ki, şəxsi arxiv qovluğunda yeni bir qovluq yaradaq. Bunun üçün şəxsi arxiv qovluğuna müraciət edirəm və beləliklə şəxsi arxiv qovluğu açılır nəticədə burada yeni bir qovluq yaratmaq imkanı əldə edirəm. Bunun üçün Новая папка düyməsini sıxıram və ora yeni bir qovluq yazıram bu dəfə foto qovluğu olur və Создать düyməsini vururam. Beləliklə şəxsi arxiv qovluğunun daxilində yeni bir foto qovluğu yarandı və həmin foto qovluğun içərisinə müraciət edirəm. Bunun üçün sol düyməni iki dəfə sıxıram beləliklə biz foto qovluğa daxil olduq. Faylın hostinqə yəni bu serverə daxil olması üçün ekranın sağ yuxarı küncündə ki, Загрузить файл üzərində sol düymə bir dəfə sıxılır və beləliklə müraciət etmək üçün bir pəncərə yaranır bu pəncərə Открыть adlanır. Həmin pəncərə imkan verir ki, bu gün kompüterimizdə mövcud olan istənilən bir yerdən bura fayl əlavə edək. Mən hər hansı şəkil fayllarını bura əlavə edəcəm gəlin diqqətlə baxaq, istənilən şəkilin birini seçib Открыть düyməsini sıxdıq beləliklə aşağıda bir sətr meydana gəlir və həmin sətrdə yazılır ki, Oдна загрузка была добавлена в очередь передач (Show me) düyməsi var yəni mənə göstər düyməsi onun üzərində sol düyməni bir dəfə sıxanda artıq göstərir ki, belə bir fayl və bu həcmdə olan fayl tipi müvəffəqiyyət ilə əlavə olundu. Artıq ikinci dəfə bu hostinqə şəkili əlavə etdiyim üçün siyahıda siz iki bu cür şəkil görürsünüz. Odur ki, çox rahatlıqla biz faylı buraya əlavə etdik.Gəlin bir fayl yox, fayllar qrupunu bura əlavə edək. Bunun üçün Загрузить файл düyməsini sıxırıq və bütün faylları seçirik Открыть düyməsini vururuq. Artıq fayllar toplusu bu siyahıya əlavə olunacaq Show me düyməsini sıxmaqla gördüyümüz kimi status hissəsində hansı fayl əlavə olundusa artıq o, statusda bu hissə dolur və beləliklə bu proses həyata keçirilir. Onu da qeyd etmək istəyirəm ki, bu cür əmaliyyatların olması bir növ fayllar çeşidinin hostinqə daha rahatlıqla əlavə olunması deməkdir yəni biz çox rahatlıqla qovluğun daxilində müxtəlif sonsuz sayda bu cür faylları əlavə edə bilərik. Sadəcə internetin sürətindən asılı olaraq faylların hostinqə yəni serverə yüklənməsi bir qədər vaxt ala bilər, həmçinin bu təkcə internetin sürətindən deyil faylın həcmindən də asılı olacaq. Gördüyümüz kimi bizim fayllarımız 1MB həcmində deyil 275 KB-dır. Odur ki, bu cür faylların hostinqə əlavə olunması elədə vaxtımızı almayacaq və istədiyimiz vaxt istənilən əməliyyatı biz burada saxlaya da bilərik.Belə ki, Приостановить все передачи düyməsini sıxmaqla bütün yükləmə prosesini saxlaya bilərik və həmçinində bu siyahının özünü də təmizləyə bilərik. Gəlin ilk növbədə yükləmə prosesinin bitməsini gözləyək çünki, siyahı dolduqca sonradan siyahıda dəqiqləşdirmək olmayacaq hansı fayl bu siyahıya əlavə olunub. Odur ki, artıq bizim siyahımız hazırdır və status bölümündə hər bir faylın qarşısında yaşıl işarə var və Готово düyməsi sıxılıb. Təbii ki, istənilən vaxt bu siyahını tək-tək silə bilərsiz və Очистить завершенные düyməsini sıxmaqla bitmiş əməliyyatı bütövlükdə bu siyahını təmizləmiş oluruq. Amma bu siyahının təmilənmiş olması o demək deyil ki, bizim hostinqə əlavə etdiyimiz fayllar da silinəcək ,əksinə bu sadəcə bitmiş əməliyyatların siyahısını silməklə məşğuldur.Beləliklə biz gördük ki, rahatlıqla istənilən qovluğumuza fayl əlavə edə bildik. Gəlin yenidən Blud düyməsini sıxaq və artıq biz görürük ki, şəxsi arxiv qovluğun da belə bir işarə yaranıb, bu şəxsi qovluq daxilində yeni bir qovluğun olmasını göstərir və həmin foto qovluğuna müraciət etdikdə həmin qovluq daxilində olan bütün məlumatlar ekrana çıxır.
Beləliklə biz Meqa hostinqə fayl yükləmək mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün dördüncü video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır