Ana səhifə / Mega Bulud Servisi / Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Mega hostinqə həsr olunmuş sayca on beşinci video dərsliyimdə sizləri salamlayıram və bu dərsliyimiz bir növ Mega fayl mübadiləsi hostinqinə həsr olunmuş mini kursumuza yekun vuracaq. Bu video dərsimizdə çalışaçağıq ki, fayl mübadiləsi hostinqinin bir üstün cəhətini də sizə izah edək və çalışaq ki, bu üstün cəhətdən öz işimizdə daha səmərəli istifadə edək. Qeyd etmək istəyirəm ki, fayl mübadiləsi hostinqindən artıq qeydiyyatdan keçmiş bütün istifadəçilər yəqin ki, Вход düyməsinin iş prinsipi ilə tanış olublar.

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Biz fayl mübadiləsi hostinqindən qeydiyyatdan keçdikdən sonraki mərhələdə bu hostinqə daxil olmaq üçün email adresimizi və şifrəmizi daxil etməliyik. Yəqin ki, hər bir istifadəçi Вход düyməsini istifadə etdikdə belə bir mənzərə ilə qarşılaşır ki, qara rəngdə bir mesaj verilir bir növ bu şər xarakteri daşıyır. Hər bir istifadəçiyə xəbərdarlıq formasında bir məlumat verir. Əslində bu məlumatda Mega fayl mübadiləsi hostinqini yaradan insanlar onunla istifaçiləri xəbərdar etməyə çalışırlar. Əgər siz etibar etmədiyiniz, güvənmədiyiniz hər hansı bir kompüterdən bu serverə daxil olursuzunsa ola bilsin ki, bu və ya digər formada sizin şifrəniz qarşı tərəfdən oğurlansın və nəticədə siz heçnədən öz məlumat mübadiləsi hostinqinizə daxil olmaya bilərsiniz. Yaxud da bu və ya digər formada hər hansı qüsur yaşansın.Odur ki, tövsiyə edirlər ki, bu problemin həlli üçün mega fayl mübadiləsi hostinqi müxtəlif səyyahlar üçün həmçinin mobil telefonlar üçün müəyyən əlavələr işləyib hazırlayıb ki, bu əlavələrin köməyi ilə hər bir istifadəçi öz səyyahına bu əlavəni quraşdırmaqla öz səyyahının köməyi ilə bu fayl mübadiləsi hostinqinə daxil ola bilər.

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Gəlin bu mövzunu bir qədər uzatmayaq və biz bir başa əlavələrin səyyah üzərində quraşdırılması prosesinə keçək. Odur ki, bugünkü, dərsimizə bir yekun adda verəcəm bu ad mega fayl mübadiləsi hostinqi üçün tutulmuş əlavənin Google Chrome səyyahına yüklənməsi olacaq. Bizim nümunəmizdə təbii ki, bu Google Chrome səyyahıdır çünki, biz Google Chrome səyyahının köməyi ilə həmin fayl mübadiləsi hostinqinə daxil olmuşuq. Əgər siz Mozilla Firefox səyyahını istifadə edirsinizsə və yaxud da hər hansı android platformalı mobil telefon istifadə edirsinizsə o, zaman əlavənin bu şəkildə həmin əməliyyat sisteminə və yaxud həmin səyyah üzərində quraşdırmaq olar. Heç istifadəçimiz ilə daxil olmayaq sistemə bunun üçün menyu mövcuddur və bu da onun üstün cəhətlərindən olur ki, yəni istifadəçi ilə sistemə daxil olmadan birbaşa email menyuya keçid imkanı verir. Burada bir bölmə var Приложение Chrome yəni proqramlar bölməsi. Biz Google Chrome səyyahı istifadə etdiyimiz üçün Google Chrome səyyahı üçün nəzərdə tutulmuş proqramı və ya əlavəni yükləməyə çalışacağıq.Mega əlavənin səyyah üzərinə quraşdırılması

Gördüyümüz kimi növbəti bir səhifə açılır və həmin səhifədə bizə müəyyən həmin əlavənin yüklənməsi üçün bir təlimat qaydası verilir. Yüklənmə qaydası belədir ki, Google Chrome proqramı üçün nəzərdə tutulmuş internet dükanından həmin proqram əlavəsini yükləməliyik və yaxud da əks təqdirdə əl üsulu vasitəsi ilə yəni buna Ручная установка deyirlər. Google Chrome səyyahı üçün nəzərdə tutulmuş mega faylını yükləyib və lazım olan təlimata riayət etməklə həmin əlavəni səyyah üzərinə quraşdırmalıyıq. Qeyd etmək istəyirəm ki, ikinci üsuldan mən istifadə etmişəm yəni Ручная установка üsulundan nədənsə nəzərdə tutulmuş Chrome Dev adlanan bu fayl səyyah üzərinə quraşdırılmadı, quraşdırılsada müəyyən qüsur ilə işlədi.Mega əlavənin səyyah üzərinə quraşdırılması

Odur ki, mən tövsiyyə edirəm ki, internet dükanının köməyi ilə bu problemi həll edək. Скачать с интернет-магазин Google Chrome deyilən bir düymə sıxılır və beləliklə Google Chrome proqramının dükanı açılır və mega servis üçün nəzərdə tutulmuş faylı artıq siz ekranda görmüş olacaqsınız. Prosesi addım-addım öyrənək ki, sonraki mərhələdə heç bir çətinlik görülməsin. Qeyd etmək istəyirəm ki, bu versiyanın yəni hal-hazırda quraşdıracağımız versiyası haqqında burada məlumat verilib. Görürük ki, versiya 3.2.8-dir22 noyabr 2015-ci il tarixində həmin proqramın əlavəsi yenilənib. Dil interfeysi ingilis-dilidir və əlavə üçün nəzərdə tutulmuş ölçü vahidi meqabayt ilə göstərilir 4.53 MB-dır. Bir o, qədər də böyük fayl deyil hətta bu əlavələr haqqında müəyyən şərhlərə baxmaq mümkündür ki, bu əlavəni kim yükləyib? Hansı formada işləyir və hansı çatışmamazlığı var? Təbii ki, bu haqqda da məlumat verilə bilər.Mega əlavənin səyyah üzərinə quraşdırılması

Qeyd etmək istəyirəm ki, həmçinin bunun köməkliyi ilə adroid platformalı müxtəlif qurğular üçün də əlavəni yükləyə bilərik Скачать düyməsi burada da verilib. Lakin bizdə Windows əməliyyat sistemi olduğu üçün biz Windows əməliyyat sistemi üçün nəzərdə tutulmuş mega proqramının Google Chrome üçün əlavəsini yükləyək. Sadəcə Установить düyməsini sıxırıq və əvvəlcə Проверка gedir və sonra səyyah tərəfindən bir mesaj bizə təqdim olunur ki, bu əlavəni yəni mega üçün nəzərdə tutulmuş əlavəni yükləmək istəyirsiniz ya yox? Установить расширение düyməsi sıxılır, bu prosesin necə həyata keçirildiyini sadəcə gözləmək və görmək lazımdır. Əlavə quraşdırıldıqdan sonrakı mərhələdə təbii ki, müəyyən bir mesaj çıxacaq və bu mesajın sonra ki, mərhələdə hansı addımla həyata keçirildiyinin əyani şahidi olacağıq. Prosesi gözləyin əlavə səyyahımız üzərinə quraşdırılsın və sonrakı mərhələdə hansı addımı atacağıq ondan sonra səyyahın özü bizə müəyyən edəcək. Mega əlavənin səyyah üzərinə quraşdırılması

Gəlin bu prosesi gözləyək Проверка hələlik gedir, yoxlama gedir gördüyümüz kimi artıq Добавлено в Chrome adlanan bir yaşıl düyməni görürsünüz. Bu onu göstərir ki, artıq mega fayl mübadiləsi hostinqi üçün işlənib, hazırlanmış əlavə Google Chrome səyyahı üzərində quraşdırıldı. Mən bu pəncərəni bağlayıram və əmin olmaq istəyirəm ki, həmin əlavə səyyah üzərinə quraşdırılıb yoxsa yox?Mega əlavənin səyyah üzərinə quraşdırılması

Bunun üçün səyyahın sağ tərəfində olan Настройки düymə sıxılır və Настройки adlanan sətr seçilir. Təbii ki, başqa variant ilə də keçid etmək olar bu əlavələrə burada Расширение bölümü var və onun üzərində sol düyməni sıxırıq.Mega əlavənin səyyah üzərinə quraşdırılması

Artıq görürük ki, mega servis üçün nəzərdə tutulmuş əlavə Google Chrome səyyahı üzərinə quraşdırılıb və Включено adlanan sahə işarələnib. Lazım gəldikdə istəməsəniz bu düymənin köməyi ilə təbii ki, siz həmin quraşdırılmış əlavəni silə bilərik. Gəlin ümumiyyətlə səyyahımızı bağlayaq yəni lazım olmayan səhifələri bağlayaq və bundan sonrakı mərhələdə mega servisinə daxil olaq.Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mən mega.nz yığıram  yəni yeni zellandiya domenini yığırıq və enter düyməsini sıxırıq. Bundan sonra hansı əməliyyat gedəcək gəlin onu müşahidə edək. Gördüyümüz kimi mega.nz internet saytının ünvanını vuranda artıq o, birbaşa saytın özünə deyil səyyah üzərinə quraşdırılmış əlavəyə daxil olur və gördüyünüz kimi belə bir ünvan alınır və bundan sonra artıq mega fayl mübadiləsi hostinqinə daxil olmaq adi qaydada həyata keçirilir. Вход düyməsi sıxılır artıq bizi heç bir xəbərdarlıq mesajı salamlamır və demir ki, siz hansı bir texnikadan bura daxil olmusunuz? Tövsiyyə xarakterli heç nə vermir və biz email ünvanımızı və şifrəmizi  bura daxil edib Вход düyməsinı sıxırıq və Mega fayl mübadiləsi hostinqinə daxil olmuş oluruq.Mega əlavənin səyyah üzərinə quraşdırılması

Gördüyümüz kimi biz mega fayl mübadiləsi hostinqinə həsr olunmuş on beşinci mövzunu da bitirdik və bu bir növ mega fayl mübadiləsi hostinqi üçün nəzərdə tutulmuş mini kursun yekun dərsi idi. İnanıram ki, bu video dərsliyimdə yeni başlayan istifadəçilər üçün faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırtmayın, mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyimizə səs verin və kanalımıza abunə olun ki, bu video dərslikdən də digər dostlarınız faydalanan bilsinlər.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mega hostinqdə səbətin boşaldılması

Mega hostinqdə səbətin boşaldılması

Bugünkü, video dərsimizin mövzusu Mega hostinqdə səbətin boşaldılması olacaq. Əvvəlki, on üçüncü video dərslikdə biz faylların və qovluqların silinməsi əməliyyatı ilə tanış olduq və orada qeyd etdik ki, istənilən sildiyimiz obyekt yəni ya fayl olsun ya da qovluq o, silinərək səbət adlanan xüsusi bir ünvana göndərilir. Təbii ki, səbətdə müəyyən müddətdən sonra dolur və onu silmək məcburiyyəti yaranır. Bunun üçün bu video dərsimizin əhəmiyyətindən danışmaq istəyirəm ki, ilk növbədə səbət proqramda yəni bu səhifədə harada yerləşir? Gördüyünüz kimi xüsusi bir düymə var və onun üzərinə yaxınlaşdırdıqda rusca Корзина yazılır yəni səbət onun üzərində sol düymə vurduqda sildiyimiz bütün obyektlər məhz burada görsənir.