Ana səhifə / Mega Bulud Servisi / Mega keçid linkinin əldə olunması

Mega keçid linkinin əldə olunması

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Meqa hostinqə həsr olunmuş sayca doqquzuncu video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu fayl və qovluq üçün Mega keçid linkinin əldə olunması olacaq. Əvvəlki dərslərimizdə biz qeyd etmişdik ki, fayllar və qovluqlar üzərində əməliyyat aparmaq üçün biz menyunun bir sıra bölmələrinin ətraflı izahını verəcəyik. Qeyd etmək istəyirəm ki, 2013-cü ildən fərqli olaraq 2015-ci ilin interfeysində mega hostinq xüsusi bir dəyişikliklər aparıb və xüsusən də fayla keçid linkinin əldə olunması üçün müəyyən proseslər yerinə yetirib ki, bu proseslər heç bir virtual yaddaş xidməti göstərən digər şirkətlərdə yoxdur.

Mega keçid linkinin əldə olunması

Gəlin fayl üçün keçid linkinin əldə olunması üçün hansı prosesi yerinə yetirmək lazımdır onu incələyək. Bunun üçün istənilən fayl seçilmək şərti ilə üzərində sağ düymə sıxılır və Получить ссылку  adlanan sətri seçirik. Beləliklə gördüyünüz kimi belə bir təlimat pəncərəsi  bizi salamlayır, həmin təlimat pəncərəsi müəllif hüquqlarının qorunması üçün nəzərdə tutulmuş bir təlimat pəncərəsidir. Burada rus dilində belə bir məlumat verilir ki, istənilən istifadəçi fərq etmir hüquqi və yaxud fiziki şəxsə məxsus olan istənilən faylı mega hostinqdə yadda saxlamaq, onu paylaşmaq, digər sosial şəbəkələrdə müəllif hüququ pozulmuş vasitələri yaymaq və s, bu kimi imkanları göstərmək qadağan olunur. Belə bir hala rast gəlinərsə həmin müəllif mega hostinqinə şikayət edərsə o, zaman sizin istifadə adresiniz buradan ləğv olunacaq. Odur ki, bu cür təlimatın olması və istifadəçiyə keçid linki əldə edərkən  verilməsi məhz müəllif hüqularını qorumaq məqsədi daşıyır. Burada iki cür düyməni siz görürsüz Я несогласен yəni müəllif hüquqlarının təlimatı ilə razı deyiləm. Əgər bu sətr seçilərsə bu zaman təlimat pəncərəsi bağlanır və siz fayl üçün keçid linki əldə etmirsiniz. Əgər biz Получить ссылку  sətrini seçsək və verilən təlimatlar ilə razı olsaq Я согласен düyməsini sıxırıq, bu zaman növbəti pəncərə bizi salamlayır və həmin pəncərə bir sıra elementlərdən ibarətdir.Həmin elementləri mən istərdim sizə ətraflı olaraq izah edim ki, sonraki mərhələdə xüsusi ilə yeni başlayan istifadəçilər üçün problem yaşanmasın.Mega keçid linkinin əldə olunmasıQeyd etmək istəyirəm ki, həmin pəncərədə birinci keçid linki vermək istədiyiniz faylın adı və onun tipi verilir, minyatür simgəsi, həmçinin də faylın ölçüsü burada göstərilir. Bundan başqa burada fayl üçün mega hostinqin verdiyi keçid linki verilir. Təbii ki, bu linkin əgər biz surətini çıxarsaq bunun üçün Скопировать düyməsi vurulur. Bu düymənin burada qoyulmasının praktiki əhəmiyyəti ondan ibarətdir ki, yeni başlayan istifadəçilər ola bilər ki, bu sətri seçib nüsxəsini çıxara bilməsin ona görədə Скопировать düyməsi burada qoyulub. Вu linkin surətini çıxartmaq üçün Скопировать düyməsini sıxmaq kifayətdir.Mega keçid linkinin əldə olunmasıƏgər bu düymə vurularsa nə baş verər? Bu düymə vurulduğu zaman aşağı hissədə bir pəncərə görürük və biz bu linkin surətini çıxartdıq sonra ki, mərhələdə səyyahımızı yeni bir səhifə yaradırıq və həmin linki orada yerləşdiririk. Enter düyməsini sıxdıqda gördüyünüz kimi bir pəncərə əmələ gəlir. Həmin pəncərədə yazılıb ki, введите ключ дешифрирования yəni deşifrə olunması üçün açarı daxil edin. Təbii ki, bu açarı haradan əldə etməliyik? Qeyd etmək istəyirəm ki, mənim əvvəlki, video dərslərimdə bu mövzuya toxunmuşdum, mega hostinqin üstün cəhətlərindən biri odurki, o faylı serverə yükləyərkən şifrə fikirləşir həmin faylı şifrələyir və həmin şifrə sonraki mərhələdə onun göndərilməsi zamanı bir vasitə kimi açar kimi nəzərdə tutulur.

Qayıdırıq yenidən mega hostinqin həmin səhifəsinə və burada Экспортировать adlanan bölümdə yazılıb ссылка на папку/файл biz sadəcə fayla və qovluğa keçib gedən yolu göndərmişik.Lakin onun açarını göndərməmişik gördüyünüz kimi açarıda göndərmək istəyiriksə təbii ki, əgər məlumatı istəyiriksə istifadəçi oxusun onun üçün burada bir bölmə var дешифрирования yəni faylın deşifrə olunması üçün açar. Bunu vurduqda belə bir qırmızı rəngdə göstərilən uzun açar çıxır həmin açarın kopyasını çıxarırıq və növbəti dəfə link ilə yanaşı həmin açarıda göndəririk. Biz açarı yerləşdirsək дешифрировать deyilən düyməni sıxsaq bu zaman bizim faylımız deşifrə olunur yəni faylımız tam olaraq açılır və köçürtmək üçün 3 vasitə bura təklif olunur. Vasitələrdən biri odurki, hər bir istifadəçi mega sinxiron deyilən bir xüsusi proqramı yükləyərək həmin faylı öz kompüterinə endirə bilər. İkinci üsul ondan ibarətdir ki, əgər sizin bu virtual yaddaş serverində, hostinqində istifadəçiniz varsa birbaşa həmin faylı ora idxal edə yəni import edə bilər.Mega keçid linkinin əldə olunmasıÜçüncü üsul adi istifadəçilər üçün nəzərdə tutulmuş üsul Скачать через браузер yəni səyyahın köməyi ilə həmin faylı yükləyirik. Gördüyünüz kimi biz Скачать через браузер sətrini seçəndə yüklənmə üçün müəyyən bir proses görsənir, faiz miqdarı verilir və fayl əgər müvəffəqiyət ilə hostinqdən kompüterə endirildisə onda səyyahın aşağı hissəsində yəni Загрузки hissəsində siz həmin faylın özünü görmüş olunursunuz. Mega keçid linkinin əldə olunmasıBiz fayl üçün keçid linkinin əldə olunmasını öyrəndik. Bildik ki, adi qaydada keçid linkini istifadəçiyə göndərərkən o, həmin istifadəçidən açarın daxil olunmasını istəyir lakin bəs necə edək ki, biz açar daxil etmədən istifadəçiyə həmin linki göndərək? Bunun üçün vasitələr mövcuddur. Yenidən qayıdırıq mega hostinqin həmin səhifəsinə və bu dəfə ключ дешифрирования yox Полная ссылкa adlanan sətri seçirik. Полная ссылкa bütövlükdə həmin resursda tam keçidi göstərir. Gördüyünüz kimi burada bir növ həmin keçidi yəni ünvanı iki yerə bölür. Birinci fayla və qovluğa olan keçid və ikinci faylın şifrələnməsi üçün yəni deşifrə olunması üçün nəzərdə tutulmuş açar. Beləliklə bu ikisini cəmləyir  bir dənə link yaradır. Biz Скопировать sətrini seçirik buferə kopyalandı və onu səyyahımızda yeni səhifə yaratmaqla yerləşdirilib enter düyməsini sıxırıq. Qarşı tərəfdən heç bir açar şifrəsi tələb olunmadı ki, həmin faylı köçürsün öz kompüterinə. Belə bir 3 versiyada faylın köçürülməsi üçün variantın verilməsi düşünürəm ki, hər bir istifadəçilər üçün həm rahatdır həm də müəllif hüquqlarının qorunması prosesində bu çox əhəmiyyət kəsb edir.Mega keçid linkinin əldə olunmasıƏgər siz  həmin adamdan soruşsanız ki, bu faylı köçürtdüsə deməli biz həmin fayldan həmin linki poza bilirik. Bunun üçün həmin keçid linkini pozmaq üçün üzərində sağ düymə sıxılır və Удалить ссылку verilir. Bu zaman nə baş verir? Əgər sizin yoldaşınız bu faylı gec köçürtdüsə o zaman bu faylı köçürə bilməyəcək. Yəni bizim verdiyimiz kod və ünvan artıq işləməyəcək çünki, biz fayldan keçid linkini silmişik. Bu cür üstünlüyün olması düşünürəm ki, mega hostinqi digər hostinqlərdən yəni fayl mübadiləsi xidməti göstərən üstün cəhətləri bundan ibarətdir. Biz fayl üçün keçid linkinin əldə olunması prosesini incələdik gəlin qovluq üçün də bu prosesi həyata keçirək. Eyni əməliyyatlar ardıcıllığı buradada təkrarlanır yəni biz istənilən bir keçid linkini əldə etməyə çalışaq. Yenidən digər sənədlər üçün nəzərdə tutulmuş keçid linkini səyyahımızın URL ünvan sətrinə daxil etdik. Bu zaman hansı mənzərə baş verir? Mən düşünürəm ki, öz praktik tövsiyyəsini verəcək və qovluğun daxilində olan digər qovluqlar da bizə göstəriləcək. Скачать ZİP adlanan düymə sıxılır gördüyünüz kimi Одна закачка была добавлена в очередь передач yəni bu onu göstərir ki, qovluq daxilində olan məlumatlar artıq  faylların mübadiləsi üçün nəzərdə tutulmuş səhifəyə əlavə olunub və proses tamamlanan kimi həmin fayl arxivləşdirilmiş qaydada bizim səyyahımızın Загрузки adlanan hissəsinə düşdü.Mega keçid linkinin əldə olunmasıBeləliklə biz Mega keçid linkinin əldə olunması mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün doqquzuncu video dərsimdə faydalı olacaq. Növbəti video dərsimiz də bu mövzuya həsr olunacaq  məhz onuncu video dərsliyimizdə şərh edəcəyik. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mega hostinqə həsr olunmuş sayca on beşinci video dərsliyimdə sizləri salamlayıram və bu dərsliyimiz bir növ Mega fayl mübadiləsi hostinqinə həsr olunmuş mini kursumuza yekun vuracaq. Bu video dərsimizdə çalışaçağıq ki, fayl mübadiləsi hostinqinin bir üstün cəhətini də sizə izah edək və çalışaq ki, bu üstün cəhətdən öz işimizdə daha səmərəli istifadə edək. Qeyd etmək istəyirəm ki, fayl mübadiləsi hostinqindən artıq qeydiyyatdan keçmiş bütün istifadəçilər yəqin ki, Вход düyməsinin iş prinsipi ilə tanış olublar.