Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Mega fayl mübadiləsi hostinqə həsr olunmuş sayca üçüncü video dərsliyimdə sizləri salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Mega hostinqin interfeysi və qovluğun yaradılması olacaq.Əgər əvvəlki video dərsimizə baxmısınızsa, deməli artıq siz Mega hostinqində qeydiyyatdan keçmisiniz. Bu dərsimizdə isə Mega hostinqin interfeys elementlərinin izahı və yeni qovluğun yaradılması prosesi ilə tanış olacaqsınız. Düşünürəm ki, bu gün internet üzərində böyük bir məkanı pulsuz olaraq təklif edən yeganə bir saytdır ki, öz istifadəçilərinə pulsuz olaraq 50 Gb virtual yaddaş sahəsi verir. Belə ki, bu qədər yerin hər bir istifadəçiyə verilməsi onlara imkan verir ki, öz fayllarını rahatlıqla həmin hostinqə yükləyib dostları və tanışları ilə bölüşə bilsinlər. Öz istifadəçi adınız (burada istifadəçi adı dedikdə sizin e-mail ünvanınız başa düşülür) və şifrənizlə sayta daxil olduqdan sonra belə bir mənzərə sizi salamlayır.Mega hostinqin interfeysi o qədər sadə şəkildə qurulub ki, istifadəçini yoran mənzərə burada yoxdur. Əksinə sadə düymələrin köməyi ilə istifadəçi öz işini çox asanlıqla görə bilər.Mega hostinqin interfeysi iki pəncərədən təşkil olunub. Bu pəncərə bir növ Windows əməliyyat sistemində bələdçi pəncərəsinə oxşayır. Pəncərənin sol tərəfi bu diskdə yaradılmış qovluqların ağacvari strukturunu təklif edir. Pəncərənin sağ tərəfi isə uyğun olaraq sol tərəfdəki qovluğa müraciət etdikdə onun tərkibi özündə əks etdirir. Saytın yuxarı sağ küncündə bəzi düymələr vardır ki, onlardan hər bir istifadəçinin məlumatının olması vacibdir.
Mega hostinqin interfeysi və qovluğun yaradılması
İlk növbədə axtarış düyməsnidən başlayaq. Bu sahənin (Поиск sahəsinin) sayta əlavə olunması istifadəçiyə imkan verir ki, Mega hostinqinə əlavə etdiyi faylları rahatlıqla tapa bilsin. Digər bir düymə avatarla bağlı olan bir düymədir. Həmin düymənin üzərində qeydiyyat zamanı yazdığınız ad görsənir. Ad üzərində siçanın göstəricisini bir dəfə vurmaqla yeni pəncərə yaranır. Həmin pəncərədə Аватар kimi seçilən şəklin bu sayta sadəcə faylın daşınması yolu ilə əlavə olunması barədə məlumat verilir.Növbəti düymə Бесплатный düyməsi adlanır. Bu hal-hazırda hostinqin istifadəçi üçün formalaşmış pulsuz hissəsinin yəni 50 gb virtual yaddaşın ayrıldığını təsdiq edir.
Növbəti düymə Меню düyməsi adlanır. Bu menyuda quraşdırılan əmrlər və alt menyular istifadəçiyə bu və ya digər formada hostinqi tənzimləməyə imkan verir. Menyudakı Язык sətri vasitəsilə saytın dil interfeysini dəyişə bilərsiniz.
Saytın aşağı hissəsində hostinqdə yeni qovluq yaratmaq, hostinqə fayl və qovluqlarınızı yükləmək üçün düymələr toplusu verilmişdir.
Новая папка— bu düymənin köməyi ilə Mega hostinqdə yeni qovluq yaratmaq mümkündür. Bu düymə ilə bir qədər sonra tanış olacağıq. Загрузить файл— bu düymə vasitəsilə virtual yaddaşa fayl yükləmək üçündür. Загрузить папку düyməsi isə virtual yaddaşa qovluq yükləmək üçündür. Qalan iki düymə isə sadəcə Mega hostinqdə obyektlərin görünüşünü dəyişmək üçündür.
Beləliklə bizim dərsimizin əsas məqsədləridən biri Mega hostinqdə yeni qovluğun yaradılması olduğundan biz Новая папка düyməsinə yenidən qayıdırıq. Məqsədimiz bu hostiqdə müxtəlif təyinatlı yeddi qovluq yaratmaqdır. Bu sayt azərbaycan dilində verilmiş qovluq adlarını dəstəkləyir. Qovluq yaratmaq üçün Новая папка düyməsi üzərində siçanın göstəricisi bir dəfə vurulur. Açılan kiçik pəncərədə yeni yaradılacaq qovluğa ad verib Создать düyməsini sıxırıq. Bu münvalla yeddi belə qovluq yaradırıq. Hər bir qovluğa müraciət etdikdə onun içərisi açıır. Oradada yeni qovluq yaratmaq mümkündür. Gördüyümüz kimi əməliyyat sistemində olduğu kimi Mega hostinqdə də qovluq daxilində qovluq yaratmaq mümkündür.
Hostinqdən çıxış üçün saytın sol küncündə yerləşən Меню düyməsinə müraciət edirik. Açılan menyudan Выход sətrini seçirik.
Beləliklə biz Mega hostinqin interfeysi və qovluğun yaradılması mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün üçüncü video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır