Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Fayl mübadiləsi hostinqinə həsr olunmuş sayca on üçüncü video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu Mega hostinqdə yerləşdirilmiş fayl və qovluğun silinməsi olacaq. Əvvəlki, video dərsliyimizdə biz bir sıra fayllar və qovluqlar üzərində əməliyyatlar həyata keçirdik.
Mega hostinqdə faylın silinməsi
Bu əməliyyatların böyük əksəriyyəti ilə artıq video dərslərimdən tanışsınız. Bugünkü, video dərsliyimiz Mega hostinqdə faylın silinməsi olunduğu üçün konkret olaraq bu əməliyyatı praktikada sizə göstərmək istəyirəm. Qeyd etmək istəyirəm ki, silmək istədiyimiz istər faylı istər qovluğu seçməlisiniz. Bunun üçün siçanın sol düyməsini həmin obyekt üzərində sıxılması kifayətdir ki, həmin obyektin seçilməsi həyata keçirilsin. Gördüyünüz kimi istənilən obyekt seçildikdə o, boz rəngli xüsusi düzbucaqlı forma alır və nəticədə onun üzərində müxtəlif əməliyyatları həyata keçirtmək üçün onun sağ küncündə bir düymə meydana gəlir. Həmin düymə üzərində sol düyməni vurduqda beləliklə bir menyu açılır və həmin menyuda Удалить adlanan sətri görürüsünüz. Удалить sətri seçildikdən sonraki, mərhələdə bir mesaj hər bir istifadəçini salamlayır yəni Переместить 1 файл корзину? belə bir xəbərdarlıq mesajı verir. Bu faylı səbətə yerləşdirmək istəyirsinizsə o, zaman təsdiq əməliyyatı üçün Да düyməsinin sıxılması kifayətdir. Да veririk yəni bəli düyməsi sıxılır və beləliklə həmin fayl silinərək səbətə göndərilir.Qovluğun silinməsi əməliyyatı ardıcıllığı da eynidir. Bunun üçün qovluq seçilməlidir yəni üzərində sağ düymə sıxılmalı və növbəti açılan menyudan Удалить adlanan sətr seçilməlidir. Удалить sətrini seçdikdə eyni adlı pəncərə yenə bizi salamlayır və beləliklə bu qovluğun səbətə göndərilməsi üçün xüsusi bir sual verilir. Bu əməliyyatın təsdiqi üçün Да düyməsi sıxılır. Beləliklə copy adlanan qovluq silinərək səbətə göndərildi.
Beləliklə biz Mega hostinqdə faylın silinməsi mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün on üçüncü video dərsimdə faydalı olacaq. Növbəti video dərsimiz də bu mövzuya həsr olunacaq məhz on dördüncü video dərsliyimizdə şərh edəcəyik. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır