Salam əziz dostlar, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Uzun müddət aradan sonra yeni video dərsliklərlə sizin görüşünüzə gəlmişəm. Bu gün ki video dərsimizin mövzusu Mega virtual yaddaş servisinin tarixi və onun imkanlar, üstün cəhətləri tanışlıq olacaq. Bildirmək istəyirəm ki, bu mövzuya aid silsiləvi video dərsliklərin çəkilişini planlaşdırıram. Bu bizim ilk video dərsimiz olduğu üçün ilk dərs adətən məlumat xarakteri daşıyır. Odur ki, bu servisin tarixi haqqında məlumat vermək və onun üstün cəhətlərini izah etmək bir vətəndaş kimi borcumdur. Buna görə də Mega hostinqindən istifadə edən hər bir şəxs onun üstün cəhətləri haqqında məlumatı olmalıdır.
Mega virtual yaddaş servisinin tarixi
Qeyd etmək istəyirəm ki, bundan əvvəl qələmə aldığım Yandex Diskə aid səkkiz video dərslik çəkmişdim. Bu silsiləvi video dərsliklərdə çalışdım ki, həmvətənlərimiz həmin saytın imkanlarından yararlana bilsinlər. Bildiyimiz kimi Yandex internet məkanında fəaliyyət göstərən böyük bir şirkətdir. İstifadəçiləri üçün bir sıra xidmətlərlə yanaşı pulsuz virtual yaddaş məkanı da təklif edir. Yandexdən fərqli olaraq Mega hostinqi qeydiyyatdan keçmiş hər bir istifadəçiyə 50 GB pulsuz virtual yaddaş təklif edir. Bu isə onu göstərir ki, internet bazarında elə bir hostinq yoxdur ki, bu qədər yeri istifadəçilərə pulsuz təklif etsin. Məhz belə bir imkanın Mega hostinq tərəfindən təklif olunması onu fərqləndirən əsas cəhətlərdən biridir. Nəzərə alsaq ki, bu rəqəm Yandex diskdə 10 GB-ta, Mail.Buludda 10 Gb-ta, Google Drive-15 GB, Dropbox- 2 Gb bərabərdir. Sonrakı mərhələdə sadalanan servislərdə virtual yaddaşın artırılması üçün həm pullu həm də pulsuz imkanlar mövcuddur. Odur ki, bizim seçimimiz Mega Bulud üzərində dayanır. Bu şirkətin tarixi haqqında məlumat vermək istəyirəm ki, Mega Bulud Servisi əvvəllər Megaupload kimi fəaliyyət göstərirdi. Megaupload 2012-ci ildə yaradılmışdı. Yaradıldığı ilk gündən bu servisin imkanları istifadəçilərin diqqətini o qədər cəlb etdi ki, sonradan onun xidmətlərini müəllif hüquqlarını pozduğu itdihamı ilə şirkətin yiyəsi sayılan Kim Dotkomu həbs etdilər. Kim Dotkom həmin ildə ABŞ-da yaşayırdı. Bir qədər sonra o bəraət alaraq Yeni Zelandiyaya ailəsi ilə birlikdə köçməli oldu. Şirkətin bağlandığı 19 yanvar 2012-ci ildən ABŞ-da fəaliyyəti rəsmən dayandırılan Megaupload şirkəti indi yeni adla Mega 19 yanvar 2013-cü ildə Yeni Zelandiyada yaradıldı. Bu dəfə müəllif hüquqlarının qorunması məsələsi ən vacib problemlərdən biri idi. Amma bütün bunların hamısı yeni Mega bulud servisində öz müsbət həllini tapdı. Yarandığı ilk saatlardan etibarən bu servisdən qeydiyyatdan keçənlərin sayı əvvəlcə 100.000 min, ikinci saat 250.000 min və beləliklə 14 saat ərzində qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə yarım milyonu ötdü. Nəticədə saytların reytinqini qiymətləndirən Alex şirkətinin siyahısında Mega saytı məhşur ilk 150 saytın siyahısına daxil oldu. Bu tezliklə nəticəsi olan saytlara dünya miqyasında az rəs gəlinir. Bu da onu göstərir ki, dünya miqyasında bu sayta olan maraq böyükdür. Vacib olan bir cəhətidə bildirim ki, bu gün dünyada bəlkədə yegana virtual yaddaş servisidi ki, məlumatları servisə yerləşdirərkən və həmin məlumatı digər istifadəçilərə göndərərkən onu kriptoqrafiyada tətbiq olunan üsulların köməyi ilə şifrələyir. Əlbəttə bütün bunların haqqında Mega hostinqdə qeydiyyat video dərsliyimizdə ətraflı toxunacağıq. İndi isə bu virtual məlumat mübadiləsi servisinin bəzi üstün cəhətlərini istifadəçilərimizin diqqətinə çatdırmaq istəyirəm.
- Pulsuz olaraq istifadəçiyə qeydiyyat zamanı 50 GB yerin təklif olunması. Sonradab bu həcmin 500 Gb və 4 Trb-a qədər artırılma imkanının olması
- AES alqoritminin köməyi ilə məlumatın şifrələnməsi
- Pullu xidmətlərin resellerlərin köməyi ilə müxtəlif ödəniş sistemi ilə aparılması.
Bu cür üstünlüyün olması onu bu sahədə fəaliyyət göstərən şirkətlər arasında lider mövqeyinə qaldırır.
Beləliklə biz Mega virtual yaddaş servisinin tarixi mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır