Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube istifadəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Meqa fayl mübadiləsi hostinqə həsr olunmuş sayca altıncı video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu mega hostinqə yüklənmiş fayllar və qovluqlar üzərində əməliyyatlara həsr olunacaq.
Fayllar və qovluqlar üzərində əməliyyat menyusu
İlk növbədə mən bu mövzuya aid silsiləvi video dərsliklərin çəklişlərini planlaşdırıram və düşünürəm ki, bundan sonra əməliyyatlarımı izlədikcə fayllar və qovluqlar üzərində müxtəlif əməliyyatları server üzərində apara biləcəksiniz . Gəlin ilk növbədə fayllar və qovluqlar üzərində hansı əməliyyatları aparmaq olar? Bu menyudakı olan bölmələri incələyək . Qeyd etmək istəyirəm ki, hər bir qovluğa yaxınlaşdıqda onun sağ küncündə belə bir ox işarəsi görürsünüz ki, onun üzərində sol düyməni vurduqda müəyyən bir siyahı açılır həmin siyahı bu qovluq üzərində mümkün ola biləcək əməliyyatlar ardıcıllığının qısa təsviridir.Təbii ki, bu menyunun digər bir vasitə ilə ekrana çağırılması məhz həmin qovluğun üzərində sağ düymənin sıxılması ilə də həyata keçirilə bilər. Hansı üsulu seçəcəyiniz artıq sizin öz zövqünüzə buraxılır. Amma elə bu sağ düymə ilə bağlı çıxan menyu vasitələrini izah edək. Gördüyünüz kimi burdakı əməliyyatlar qrup şəkilində çeşidlənib və hər qrup da özünə məxsus olan bu və ya digər imkanları gizlədir. Gəlin bunlar haqqında ümumilikdə məlumat verək sonra isə bu əməliyyatların hər biri haqqında video dərsliyimiz olacaq odur ki, hələlik kanalımızı izləməyə davam edin.
- Открыть adlanan sətr mövcud qovluğu açır yəni müraciət edir.
- Информация adlanan sətr həmin qovluq haqqında məlumatı əks etdirir.
- Популярные adlanan qovluq həmin qovluğu seçilmişlər kimi təqdim etməyi imkan verir.
- Скачать adlanan sətr seçilərsə biz qovluğu bu və ya digər şəkildə öz kompüterimizə endirə bilərik.
- Получить ссылку qovluq haqqında yəni qovluq üçün keçidin əldə olunması.
- Общий доступ qovluğa ümumi girişin icazə verilməsi.
- Переименовать qovluğun adını dəyişmək.
- Переместить qovluğu server daxilində digər qovluğa yerləşdirmək.
- Копировать qovluğu digər qovluq üçün nüsxəsini çıxarmaq.
- Удалить qovluğu silmək.
- Выбрать все deyilən sətr isə bütövlükdə qovluqlar toplusunu seçmək.
Həmçinin bu fayllara da aiddir. Təkcə fayllarda olan fərq yalnız budur yəni sağ düymə sıxılarsa burada qovluqda olan iki dənə fərq var. Открыть sətri çıxmır yəni seçilmiş faylı biz məhz server daxilində müraciət edib aça bilmirik. Общий доступ yəni həmin fayla ümumi təhlükəsiz girişi verə bilmirik. Qalan şərtlər isə məhz qovluqda izah etdiyimiz kimi qalır. Beləliklə biz Fayllar və qovluqlar üzərində əməliyyat menyusu mövzusunu öyrəndik. Növbəti dərsimiz də yəni bu mövzuya həsr olunmuş 7-ci video dərsimizdə biz fayllar və qovluqlar haqqında informasiyanın əldə olunması ilə bağlı mövzunu müzakirə edəcəyik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün altıncı video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır