Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Meqa hostinqə həsr olunmuş sayca onuncu video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu Fayl və qovluğun adının dəyişdirilməsi olacaq.
Fayl və qovluğun adının dəyişdirilməsi
Əvvəlki, dərslərdə biz fayl və qovluqlar üzərində müxtəlif əməliyyatlar aparmağı öyrəndik. Müəyyən etdik ki, hər bir faylın və qovluğun sağ küncündə bir işarə yaranır və onun üzərində vurmaqla menyu əmələ gəlir, həmin menyuda bir sıra əməliyyatlar vardır ki, onlar məhz fayllara və həmçinin qovluqlara aiddir. Həmçinin bu menyunun çağırılma üsullarından biri də onun üzərində sağ düymənin sıxılmasıdır və ona aid çıxan kontekst menyudan ibarətdir. Biz Информация, Скачать, Получить ссылку kimi müxtəlif sətrlərdə yazılan verilənləri öyrəndik və həmçinin bu əməliyyatları da tətbiq etdik.Bugünkü, mövzumuz hostinqdə yerləşdirilmiş faylın və qovluğun adının dəyişdirilməsi olacaq. Qeyd edim ki, istər fayllar üçün istərsə də qovluqlar üçün keçərlidir. Sadəcə onun üzərində sol düymənin sıxılması bir dəfə kifayətdir ki, həmin faylın adı ekrana çıxsın və onu dəyişmək, redaktə etmək üçün xüsusi bir imkan yaransın. Gördüyümüz kimi faylın Переименовать файл adlanan xüsusi bir pəncərə açılır və həmin pəncərədə mövcud hal-hazırda olan faylın adı göstərilir. Məsəl üçün faylın adında hər hansı bir dəyişiklik aparmaq istəyiriksə sadəcə kursorumuzu mövcud xanada yerləşdiririkvə Backpace düyməsinin köməyi ilə həmin proqramın və yaxud da faylın adını silirik. Əgər ad silmək tammamlandısa bunun üçün Переименовать düyməsi sıxılır və rahatlıqla hostinqə yerləşdirilmiş faylın adını dəyişmiş olduq.Həmçinin bu əməliyyat qovluqlar üçün də keçərlidir. Bunun üçün qovluq üzərində sağ düymə sıxılır açılmış menyudan Переименовать adlanan sətr seçilir və lazım gəldikdə müəyyən redaktə işlərini aparıb Переименовать düyməsini sıxmaqla bu əməliyyatı tamamlamaq olar. Bizim nümunəmizdə test nümunələri sözününün nümunələri sözünü siləcəyik və sadəcə test qalacaq qovluğun adında Переименовать düyməsini sıxacağıq. Beləliklə hostinqdə yerləşdirilmiş fayl və qovluqların adını dəyişməyi bacardıq.Beləliklə biz Fayl və qovluğun adının dəyişdirilməsi mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün onuncu video dərsimdə faydalı olacaq. Növbəti video dərsimiz də bu mövzuya həsr olunacaq məhz on birinci video dərsliyimizdə şərh edəcəyik. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır