Ana səhifə / Mega Bulud Servisi / Fayl və qovluğun yerinin dəyişdirilməsi

Fayl və qovluğun yerinin dəyişdirilməsi

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Meqa hostinqə həsr olunmuş sayca on birinci video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu hostinqdə yerləşdirilmiş fayl və qovluğun hostinq daxilində yerinin dəyişdirilməsi olacaq. Yəqin ki, siz əvvəl ki video dərsliyimizə baxmısınız. Onuncu video dərsliyimizdə biz fayl mübadiləsi hostinqdə yerləşdirilmiş fayl və qovluğun adının dəyişməyi öyrəndik və biz həmin menyudakı olan Переименовать olan əmri incələdik. Bugünkü, dərsimiz məhz mövcud faylın və qovluğun hostinq daxilində yerinin dəyişməsi mövzusuna toxunduğu üçün bu əməliyyatı sizə əyani göstərmək fikirindəyik.

Fayl və qovluğun yerinin dəyişdirilməsi

Məsəl üçün kompüter təhsili mərkəzi adlanan xüsusi PowerPoint faylımızı istərdik ki, digər sənədlər qovluğuna yerləşdirək. Bunun üçün onun üzərində sağ düymə sıxılır və açılmış kontekst menyudan Переместить adlanan sətr seçilir. Gördüyünüz kimi Переместить adlanan sətin qarşısında bir ox işarəsi var bu o deməkdir ki, bundan sonra bir alt menyu açılacaq və alt menyu açılarkən üç seçim imkanı təklif olunur. Cloud Drive yəni hal-hazırda bu saxlanılan serverində olan qovluqlarımızın sayı təklif olunur. Rubbish Bin yəni mövcud fayı zibil qutusuna, səbətə yerləşdirmək və Select Location adlanan xüsusi bir sətr də mövcuddur ki, bunun vasitəsi ilə də biz mövcud faylımızı digər qovluqlarımıza yerləşdirə bilərik.

Fayl və qovluğun yerinin dəyişdirilməsi

Gəlin əvvəlcə Cloud Drive adlanan xüsusi sətri seçək. Gördüyümüz kimi hostinqdə yaratdığımız qovluqlarımızın burada siyahısı təklif olunur. Hansı qovluğa faylı yerləşdirmək istəyiriksə yəni yerini dəyişdirmək istəyiriksə sadəcə onun üzərinə gəlirik. Növbəti kontekst menyu açılır gördüyümüz kimi digər qovluqların içərisində BiletlərÇıxmalı adlanan xüsusi qovluqlarda yaratmışıq. Biz bilətlərin içərisinə həmin faylı göndəririk. Bunun üçün sol düymə üzərində vurulur və beləliklə həmin fayl mövcud sahədən çıxarılır və Digər qovluqlar adlanan qovluğun daxilinə yerləşdirilir. Gəlin biz Biletlər qovluğuna müraciət edək və görəcəyik ki, artıq kompüter təhsil mərkəzi adlanan xüsusi PowerPoint faylı məhz həmin qovluğun daxilinə yerini dəyişdi.Fayl və qovluğun yerinin dəyişdirilməsi

Beləliklə biz Fayl və qovluğun yerinin dəyişdirilməsi mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün onuncu video dərsimdə faydalı olacaq. Növbəti video dərsimiz də bu mövzuya həsr olunacaq  məhz on ikinci video dərsliyimizdə şərh edəcəyik. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mega hostinqə həsr olunmuş sayca on beşinci video dərsliyimdə sizləri salamlayıram və bu dərsliyimiz bir növ Mega fayl mübadiləsi hostinqinə həsr olunmuş mini kursumuza yekun vuracaq. Bu video dərsimizdə çalışaçağıq ki, fayl mübadiləsi hostinqinin bir üstün cəhətini də sizə izah edək və çalışaq ki, bu üstün cəhətdən öz işimizdə daha səmərəli istifadə edək. Qeyd etmək istəyirəm ki, fayl mübadiləsi hostinqindən artıq qeydiyyatdan keçmiş bütün istifadəçilər yəqin ki, Вход düyməsinin iş prinsipi ilə tanış olublar.