Ana səhifə / İlk Yardım Modulu / Sümük sınması zamanı ilk yardım

Sümük sınması zamanı ilk yardım

Paylaşmaq!

Sümük sınması zamanı ilk yardım elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Sümük sınması zamanı ilk yardım

Sümük sınması zamanı ilk yardım

Sümük sınması zamanı ilk yardım necə görülməlidir ki, fəsad törətməsin?

İnsanın bədən üzvlərinin sümüklərində sınmalar yıxılma, əzilmə, zərbə və s. səbəblərdən baş verir. Sınmalar müxtəlif formalarda (tam, çatlama, açıq, qapalı) olur. Sınma, adətən bərk ağrı verir. Sümüyü sınmış adama ilk növbədə həkimdən qabaq tibbi yardım göstərmək, onu rahat vəziyyətə gətirmək və bədənin hərəkətsizliyini təmin etməkdən ibarətdir. Bu zaman hər bir artıq hərəkət sınan sümük hissələrinin yerinə dəyişməsinə, əzələ və damarların zədələnməsinə səbəb ola bilər.

Sümük sınması zamanı ilk yardım

Sınma qapalı olduqda hərəkətsizliyi təmin etmək hansı tədbirlər görülür?

  1. Sınan əlin ayağın hərəkətsizliyini təmin etmək üçün düz taxta lövhə ilə sarımadan istifadə edilə bilər.
  2. Sınma qapalı olduqda hərəkətsizliyi təmin etmək və xəstəni bir yerdən başqa yerə aparmaq üçün sınığı paltar üstündən də sarımaq olar.
  3. Yaralanma açıq formada olduqda, yaraya mikrob daxil olması qarşısını almaq üçün onu təmizləməli, sonra təmiz parça, yaxud dəsmalla lövhəyə sarıyıb hərəkətsizliyi təmin etmək lazımdır.

Açıq sınıq olduqda hərəkətsizliyi təmin etmək hansı tədbirlər görülür?

  • Açıq sınıq qapalı sınıqdan daha təhlükəlidir. Zədələnmiş adama ağrı azaldan dərman (analgin, amidoprin) verməli və onun tez həkim məntəqəsinə çatdırmaq lazımdır.
  • Əzilən yerin hərəkətsizliyini təmin etmək üçün bərk sarğıdan istifadə edilməlidir.
  • Ayağın, əlin və başqa hissələrin oynaq yerindən çıxması çox ağrılı olur, çıxıqların yerinə salınması ilə yalnız həkimlə məşğul olmaq lazımdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar? elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …