Psixofizioloji amillərdən müdafiə olunmaq üsulları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Psixofizioloji amillərdən müdafiə olunmaq üsulları
Psixofizioloji amillərdən müdafiə nədir?
Psixofizioloji amillərdən müdafiə — bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir edir. İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat amili kimi mövcuddur.
Zərərli və təhlükəli amillərin səviyyəsini necə təyin olunur?
İş yerində faktiki zərərli və təhlükəli amillərin səviyyəsini müxtəlif cihazların köməyi ilə müəyyən etmək olar. Belə cihazlardan səs-küy ölçən (şumamer), vibroqraf, termometr, anomometr, qazanalizator, lyuksmetr və s. göstərmək olar.Bu cihazlarla istehsalatda olan zərərli amillər ölçüldükdə əgər zərərli və təhlükəli amillərin səviyyəsi qəbul olunmuş normadan yuxarıdırsa, onda müvafiq qarşısıalınmaz tədbirlər görülməlidir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır