Psixofizioloji amillər haqqında elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Psixofizioloji amillər haqqında
Psixofizioloji amillər nədir?
Bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə mənfi təsir göstərir. Fiziki yüklənmə statik, dinamik və hipodinamik halda özünü göstərir. İnsanın əsəbi yüklənməsinə isə zehni əmək gərginliyini, əməyin monotonluğunu, həddindən artıq işləməni və s. göstərmək olar. İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat amilləri də mövcuddur.
İstehsalat proseslərində yaranan zərərli amillər sonradan nə ilə nəticələnir?
Məlumdur ki, bunların çoxu işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. İstehsalat proseslərində yaranan zərərli amillər peşə zərərlərı, peşə xəstəlikləri, yaxud peşə zəhərlənmələri yaradır.
İstehsalat şəraitində kəskin zəhərlənmə nədir?
İstehsalat şəraitində növbə ərzində yaranan peşə zəhərlənməsi əmələ gəlirsə bu kəskin zəhərlənmə sayılır.
İşçinin bədbəxt hadisəyə məruz qalması hansı psixoloji səbəbdən baş verir?
İşçinin bədbəxt hadisəyə məruz qalması, ali əsəb sisteminin yuxarı şöbələrinin hərəkətverici mərkəzləri arasında rabitənin pozulması ilə baş verir. Belə pozuntular nəticəsində insan onun hissiyyat orqanları tərəfindən qəbul edilən təsirlərə lazımi tezlik və dəqiqliklə reaksiya verə bilmir, başqa sözlə əksər bədbəxt hadisələrin baş verməsində funksional pozuntular əsas rol oynayır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır