Oynaq çıxıqları zamanı ilk yardım elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Oynaq çıxıqları zamanı ilk yardım
Oynaq çıxıqları zamanı hansı hal müşahidə olunur?
Oynaq çıxıqları zamanı oynaqda olan sümüklərdən birinin oynaq kapsulasını yırtaraq oynaq boşluğu daxilindən xaricə çıxması hallarında baş verir. Oynaq çıxıqlarının ümumi əlamətlərinə oynağın normal formasının dəyişməsi, çıxan sümüyün digər yeni sahədə yerləşməsi, ətrafın ölçüsünün qısalması və ya uzanması, oynaq nahiyəsində olan kəskin ağrı kimi əlamətlər daxildir.
Əgər travmaya məruz qalan uşaqdırsa, bu zaman nə etməli?
- Uşaq zədələnən ətrafını hərəkət etdirə bilmir və ya onu çətinliklə hərəkət etdirir.
- O narahat olur, ağlayır, böyüklərə travma aldığı qola və ya ayağa toxunmağa imkan vermir.
- Toxunduqda isə daha bərkdən ağlamağa başlayır.
CİDDİ ƏMƏL OLUNMALI
Heç bir halda nə böyük şəxsdə, nə də uşaqda oynaq çıxığını sərbəst şəkildə yerinə salmağa, və ya bu məqsədlə xalq təbiblərinə müraciət etməyə cəhd etməyin.
Travmadan sonra ilk olaraq nə etməli?
Travmadan sonra ilk 1-2 saat ərzində zərərçəkəni mütləq xəstəxanaya çatdırmaq lazımdır ki, cərrah çıxmış ətrafı yerinə salsın.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır