Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım
Elektrik cərəyanı ilə zədələnmə zamanı dərhal hansı tədbir görülməlidir?
Cərəyan vurmuş adama dərhal, həkim gələnədək ilk yardım göstərmək, ən əvvəl isə onu elektrik cərəyanının təsirindən xilas etmək lazımdır.Cərəyan vurmuş adamın xilas edilməsi üçün əsas şərt – adama cərəyanın təsirini cəld dayandırmaqdan və ona dərhal ilk yardım göstərməkdən ibarətdir.İnsanı elektrik cərəyanının təsirindən azad etmək üçün dövrədəki cərəyanı kəsmək lazımdır.
Cərəyan vurmuş adamın halını necə müəyyən etmək lazımdır?
- Dərhal onu arxası üstə uzatmalı;
- Rahat nəfəs alması üçün paltarın yaxasını və kəmərini açmalı;
- Sinəsinin qalxıb – enməsinə görə adamın nəfəs alıb – almadığını yoxlamalı;
- Nəbzinin vurduğunu yoxlamalı;
- Göz bəbəyinin vəziyyətini (daraldığını və ya genəldiyini) yoxlamalı.
Genəlmiş, hərəkətsiz göz bəbəyi beyində qan dövranının dayandığına dəlalət edir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır