Sistem lövhəsi haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Sistem lövhəsi haqqında məlumat
Sistem lövhəsi nədir?
Sistem lövhəsi (system board; системная плата)— kompüterin başlıca komponentidir. Çox zaman ona qeyri-rəsmi olaraq ana lövhə (motherboard; материнская плата) də deyilir. Kompüter sistemini böyük bir şəhərə bənzətsək, sistem lövhəsi həmin şəhərin mərkəzi meydanı olacaq. İstənilən şəhərdə əsas hadisələr mərkəzi meydanda baş verdiyi kimi, kompüterdə əsas hadisələrin baş verdiyi yer sistem lövhəsidir.
Sistem lövhəsinin üzərinə hansı qurğular yerləşdirilib?
Bu onunla bağlıdır ki, sistem lövhəsi kompüterin başlıca mikrosxemi olan mikroprosessorun (yaxud, sadəcə, prosessorun) işləməsini təmin edir. Sistem lövhəsində çox çeşidli qurğular yerləşib. Bunlar qida blokunun bağlayıcıları, genişləndirmə slotları (yuvaları), operativ yaddaş, xarici diskləri qoşmaq üçün bağlayıcılar, BIOS və ya ROM mikrosxemləri və b. komponentlərdir.
Hər böyük şəhərdə dəmir yol stansiyaları və aeroportlar olduğu kimi, sistem lövhəsində daimi informasiya alınmasını və göndərilməsini təmin edən vasitələr var. Yadda saxlama qurğuları birbaşa sistem lövhəsinə qoşulub, bundan başqa, yeni xarici qurğuları qoşmaq üçün orada əlavə bağlayıcılar var. Sistem blokunun arxa panelindəki bütün portlar da sistem lövhəsinə gedir. Çox zaman sistem lövhəsinin müvafiq slotlarına əlavə genişləndirmə lövhələri taxılır. Genişləndirmə lövhələrinə bəzən qız lövhələr [daughter card; дочерняя плата] də deyilir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır