Sistem blokun ön hissəsi bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Sistem blokun ön hissəsi
Məlumdur ki, Sistem blokunun qabaq hissəsində 2 əsas düymə vardır:
1.Power düyməsi
2.Reset düyməsi
Power düyməsi nə üçün istifadə olunur?
Power düyməsi kompüteri işə salmaq (qoşmaq) üçün açardır.
Reset düyməsi nə üçün istifadə olunur?
Reset düyməsi kompüteri yenidən işə salmaq (restart) üçün istifadə olunur. Kompüterin işində müəyyən səhvlər olduqda (məsələn, proqramlar və ya avadanlıqlar arasında münaqişə baş verdikdə), yəni kompüterdə heç bir əməliyyat və ya əmr icra etmək mümkün olmadıqda bu düymə istifadə edilir.
İndikatorlar nə üçün nəzərdə tutulub?
İndikatorlar — kompüterin işində ınüəyyən parametrləri əks etdirən 2 elektrik lampalarıdır. İndikatorlardan biri kompüterin vəziyyətini göstərir: kompüter şəbəkəyə qoşulmuşdur, ya yox.
Kompüterin bütün işləmə vaxtı bu indikator işıqlanır. İkinci indikator adətan sərt disklə əlaqəli olur: kompüter sərt diskdən verilənləri oxuyan zaman və ya əksinə, sərt diskə verilənləri yazan zaman bu indikator işıqlanır.
Disk qurğuları harada yerləşir?
Disk qurğuları. Qabaq paneldə çıxarıla bilən informasiya daşıyıcıları ilə işləyən bir neçə disk qurğuları da yerləşirlər. Kiçik disk qurğusu çevik (floppy) maqnit diski üçün təyin edilmişdir.
Bundan başqa, alt hissəsi irəli gələn və geri qayıdan disk qurğusu yığcam disklərlə işləmək üçün təyin olunan CDROM və ya DVD disk qurğularıdır.
Birləşdirici kontakt sıstemləri (Slotlar-USB, cardreader)
Əksər müasir sistem blokunun qabaq hisəssində xarici qurğuları kompüterlə birləşdirmək üçün bir neçə kontakt sistemi vardır.
Bir qayda olaraq, bu kontakt sistemləri xüsusi qapağın arxasında, panelin lap aşağı hissəsində yerləşirlər. Burada USB kimi bir-iki universal kontakt sistemi, kvadrat yuva şəklində sürətli FireWire, həmçinin qulaqcıqları qoşmaq üçün yumru yuvalar yerləşirlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır