Məqalənin mündəricatı
Qida bloku və UPS haqqına məlumat
Qida Bloku nədir?
Qida Blokunun vəzifəsi nədir?
Bu blokun bir sıra vəzifələri var:
- Divardakı rozetdən gərginliyi qəbul edərək, dəyişən cərəyan sabit cərəyana çevirir;
- Gərginliyi sistem lövhəsinə və onun elementlərinə verir;
- Xarici yaddasaxlama qurğularına gərginlik verir;
- Ventilyator vasitəsilə sistem blokunun içərisini soyudur;
- Özünün yandırıb-söndürmə düyməsi olur və ya bir birbaşa ona qoşulur;
Qida blokunun əsas texniki xarakteristikası nədir?
Qida blokunun əsas texniki xarakteristikası vatt-la istifadə olunan gücüdür. Sistem blokunun içərisini nə qədər çox ‘‘doldursan’’ qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150-200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter işləyərkən əsasən hay-küy mənbəyi məhz qida blokudur daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış ventilyatordur.
Qida blokunun sıradan çıxmasının qarşısını almaq yollarından biri kəsilməz qida mənbəyindən (UPS – Uninterruptable Power Supply) istifadə etməkdir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır