Modem və onun növləri bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Modem və onun növləri
Modem nədir?
Modem — kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnalları vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir.
Fərdi komputerlər üçün ilk modem neçənçi ildə yaradılmışdır?
1979-cu ildə «Hayes Microcomputer Products» şirkəti tərəfindən fərdi komputerlər üçün ilk modem yaradılmışdır. «Micromodem II» adlı bu modem Apple II kompüterləri üçün nəzərdə tutulmuşdur. Onun qiyməti 380$ idi və o, 110/300 bit/s sürəti ilə işləyirdi.
Modemlərin hansı növlərini tanıyırsınız?
- Daxili modem
- Xarici modem
- Aparat modem
- Proqram modem
Daxili modem
Kompüterin ana platasına İSA və ya PCİ slotu vasitəsi ilə qoşulur. Xüsusi drayver tələb edir. Proqramı təminat olmadan yararsız bir hissədir.
Xarici modem
Kompüterə COM port və ya USB port vasitəsi ilə qoşulur. Ayrıca cərəyan mənbəyinə də qoşmaq tələb olunur.
Aparat modem
Bütün əməliyyatlar aparatın özündə Digital Signal Processor vasitəsi ilə həyata keçirilir.
Proqram modem
Bütün əməliyyatlar proqram təminatı vasitəsi ilə həyata keçirilir. Telefon xəttinin qoşulması üçün oyuq və cərəyanı şiddətini tənzimləmək üçün kiçik qurğusu olur.
Beləliklə biz Modem və onun növləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır