Mikroprosessor haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Mikroprosessor haqqında məlumat
Mikroprosessor nədir?
Hər bir kompüterin mərkəzi qurğusu mikroprosessordur. Bəzən onu kompüterin beynidə adlandırırlar. Mikroprosessorun kompüterin başqa komponentləri ilə qarşılıqlı əlaqədə olur. Bu elementlər əsasən girişi (input; ввод) və ya çıxışı (output; вывод) təmin edir.
Giriş–kompüterə daxil olan informasiya, çıxış isə mikroprosessorun hasil etdiyi informasiyadır. Geniş anlamda, kompüter məhz bu giriş-çıxışın emalı ilə məşğul olur. Ümumiyyətlə, mikroprosessor kompüterin bütün qurğularının işini idarə edir. Mikroprosessora bəzən mərkəzi prosessor da deyilir və o, CPU kimi göstərilir. CPU-Central Processing Unit sözlərinin qısaltmasıdır.
Mikroprosessorun sürəti nə ilə ifadə olunur?
Qısa olsun deyə mikroprosessora, sadəcə, prosessor da deyilir. Onların çoxu böyük yastı çoxayaqlıya bənzəyir. Ölçüsü təxminən 2 sm2 olan müasir mikroprosessorlarda bir neçə milyon elektron element olur.
Mikroprosessorlar bir-birindən sürətləriylə fərqlənir. Mikroprosessorun sürətinin ölçü vahidi meqahers, dir (MHs). Meqahersin sayı artdıqca mikroprosessorun sürəti də böyüyür.
Mikroprosessor işçi gərginliyi haradan alır?
Mikroprosessoru işçi gərginlik ilə ana plata təmin edir. İşçi gərginliyin qiymətinin aşağı həddə endirilməsi mikroprosessorun daha da məhsuldar işləməsini təmin edir.
Mikroprosessorun dərəcəliliyi nədir?
Prosessorun daxilində registr adlanan müəyyən sahə var ki, mikroprosessor emal etdiyi verilənləri orada saxlayır. İnformasiya vahidi yığımı mikroprosessorun daxilində yerləşən registrlərin dərəcəliyindən (mərtəbəliyindən) asılı olur.
Dərəcəlik (mərtəbəlilik) – prosessorun eyni vaxtda emal etdiyi informasiya bitlərinin sayıdır. Əgər kompüter bir dəfəyə 8 dərəcəli (8 bitdən ibarət) informasiyanı emal edə bilirsə, deməli registr, daha doğrusu mikroprosessor 8 dərəcəli (mərtəbəli) hesab edilir. Müasir prosessorlarda bu parametr 32 və 64 olur.
Mikroprosessorları hansı firmalar istehsal edir?
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır