Ana səhifə / KTƏ / Kompüterin elektrik şəbəkəsinə qoşulması

Kompüterin elektrik şəbəkəsinə qoşulması

Paylaşmaq!

Kompüterin elektrik şəbəkəsinə qoşulması bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterin elektrik şəbəkəsinə qoşulması

Kompüterin elektrik şəbəkəsinə qoşulması

Kompüterə qoşulmuş hər bir qurğunu necə işə başlatmaq olar?

Kompüter sistemində elə bir universal düymə yoxdur ki, hər şeyi birdən işə salsın. Bütün qurğuları başlatmaq üçün düymələrin, açarların, qolların hamısını basmaq və çevirmək lazım gəlir.

Kompüterin elektrik şəbəkəsinə qoşulması

Praktiki olaraq kompüterə qoşulmuş hər bir qurğunun öz düyməsi və ya qoşucusu (açan) olur. Hər dəfə kompüteri işə salarkən düymələri basmaq, dəyişdirici açarlara əl çatdırmaqdan ötrü dönməmək, əyilməmək üçün şəbəkə süzgəcindən, yaxud uzadıcıdan istifadə etmək məsləhət görülür.

Kompüterin elektrik şəbəkəsinə qoşulması

Şəbəkə süzgəci kompüterə qoşulmuş bütün qurğuları birdən işə salmaq üçün ideal vasitədir. Bunun üçün sistemin bütün komponentlərini — sistem blokunu, monitoru, skaneri, printeri və qalan qurğuları şəbəkə süzgəcinə qoşmaq, sonra şəbəkə süzgəcini divardakı rozetə taxmaq gərəkdir.

Kompüterin elektrik şəbəkəsinə qoşulması

Uzadıcı və süzgəclə bağlı digər  məsləhət

Uzadıcıların, adətən, altı yuvası olur. Bu, adi kompüter sistemi üçün tam yetərlidir. Yox, yuvalar çatışmırsa, ikinci uzadıcı alıb başqa rozetə taxın və qalan qurğuları ona qoşun.

Tanınmış istehsalçıların şəbəkə süzgəclərindən yararlanmaq daha məqsədəuyğundur, çünki onlar daha etibarlı olur.

Lazer printerini heç bir halda uzadıcıya qoşmayın — belə qurğular olduqca çox enerji işlətdiyindən, uzadıcı həddən artıq yüklənə bilər. Yaxşı olar ki, printeri birbaşa divardakı rozetə qoşasınız.

Kəsilməz qida mənbəyindən istifadə etməklə kompüteri elektrik şəbəkəsinə qoşmaq

Kompüteri elektrik şəbəkəsinə qoşmağın, yəqin ki, ən yaxşı yolu kəsilməz qida mənbəyindaən (UPS — Uninterruptable Power Supply) istifadə etməkdir. Böyük tutumlu batareya olan bu qurğu elektrik enerjisi kəsildikdə də kompüterin işləyə bilməsinə imkan verir. UPS-dəki yuvaların sayından asılı olaraq ona sistem blokunu və monitoru, eləcə də kompüter sisteminin bəzi xarici qurğularını qoşmaq olar.

Kompüterin elektrik şəbəkəsinə qoşulması

UPSuzadıcının köməyi ilə kompüter sisteminə necə gərginlik verməyin bir variantı aşağıdakı kimidir. Fikir verin ki, kəsilməz qida mənbəyinə yalnız sistem bloku və monitor qoşulub, qalan qurğular isə uzadıcıya birləşdirilib.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir