Ana səhifə / KTƏ / Kompüterdə rahat işləmək üçün tədbirlər

Kompüterdə rahat işləmək üçün tədbirlər

Paylaşmaq!

Kompüterdə rahat işləmək üçün tədbirlər bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterdə rahat işləmək üçün tədbirlər

Kompüterdə rahat işləmək üçün tədbirlər

Sistem bloku ilə bağlı gərəkli tədbir

Kompüterin əsas hissələri sistem blokunun içərisində olduğundan, onu düz səthdə elə dayanıqlı yerləşdirmək gərəkdir ki, sistem blokunun küncləri masanın qıraqlarından çıxmasın.

Kompüterdə rahat işləmək üçün tədbirlər

Kompüterinizin sistem bloku “qüllə” (tower) tiplidirsə, onu monitorun yanına qoymaqdansa, masanın altında xüsusi altlığın üzərində yerləşdirmək daha yaxşıdır.

Masa ilə bağlı gərəkli tədbir

Yaxşı olar ki, üst taxtası enli, sistem bloku üçün yeri, klaviatura və siçan üçün siyirtməsi olan və xüsusi olaraq kompüterlər üçün nəzərdə tutulmuş masadan istifadə edəsiniz.

Kompüterdə rahat işləmək üçün tədbirlər

Qidalanma ilə bağlı tədbir

Kompüteri gözlənilməz pis hadisələrdən qorumaq üçün kəsilməz qida mənbəyinə xərc çəkməyinə və ya heç olmazsa, süzgəci olan torpaqlanmış rozet quraşdırmağına dəyər.

Kompüterdə rahat işləmək üçün tədbirlər

Soyutma sistemi ilə bağlı tədbir

Sistem blokunun və monitorun ventilyasiya deşiklərini açıq saxlayın, masanın üstünü kağızlarla, kitab və jurnallarla doldurmayın.

Kompüterdə rahat işləmək üçün tədbirlər

Monitorun və sistem blokunun soyuma şəraitinin pisləşməsi onların “ömrünü” qısalda bilər.

Mouse (siçanın) işlədilməsi ilə bağlı tədbir

Siçan üçün altlıqdan istifadə olunması onun çirklənməsinin qarşısını alır.

Kompüterdə rahat işləmək üçün tədbirlər

Altlığın üstünə içərisində maye olan fincan və stəkan qoymayın: maye yapışqanlı ola və altlığı, siçanın kürəciyini korlaya bilər.

Kompüter kabelləri ilə bağlı tədbir

Kompüterin çoxlu kabelləri olur. Onları masanın arxasına yığmaq daha yaxşıdır.

Kompüterdə rahat işləmək üçün tədbirlər

Ancaq masanı divardan bir az aralı saxlamaq gərəkdir ki, kabellər bir-birinə dolaşmasın.

Daşıyıcılarla bağlı tədbir

İnformasiya daşıyıcılarını — disketləri, maqnitoptik diskləri təmiz yerdə, daha yaxşısı, xüsusi qablarda saxlayın, çünki onların tozla çirklənməsi, yaxud zədələnməsi “başağrısına” səbəb ola bilər.

Kompüterdə rahat işləmək üçün tədbirlər

İşıqlanma ilə bağlı tədbir

Ekranda işığın əks olunmasını və işıq ləkəsini azaltmaq üçün kompüteri pəncərəyə perpendikulyar yerləşdirin.

Kompüterdə rahat işləmək üçün tədbirlər

Otaqda yetərincə təbii işıqlanmanı təmin edin ki, yardımçı işıq mənbələrinə gərək qalmasın və işıq ləkələrinin parlaqlığı azalsın.

Stul və kreslo ilə bağlı tədbir

Rahat stul, yaxud hündürlüyü tənzimlənən və xüsusi olaraq kompüterdə işləmək üçün nəzərdə tutulmuş kreslo almağa xəsislik etməyin.

Kompüterdə rahat işləmək üçün tədbirlər

Kompüterə qulluq vasitələri üçün tədbir

Kompüterin yaxınlığında ona qulluq göstərmək üçün vasitələri — alətləri, sıxılmış havalı aerozolu, siçanıCD- ROMu silmək üçün spirt şüşəsini, eləcə də kompüteri silib təmizləmək üçün flanel parçanı saxlamaqdan ötrü yer nəzərdə tutun.

Kompüterdə rahat işləmək üçün tədbirlər

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir