Klaviatura haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Klaviatura haqqında məlumat
Klaviatura nədir?
Fərdi kompüterin standart giriş qurğusu olub, həm də kompüterin idarə edilməsini təmin edir. Klaviatura informasiyanın kompüterə daxil edilməsi və kompüterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Kompüterdə standart daxiletmə qurğusu klaviaturadur. Onun köməyilə həm ədədi, həm də mətn informasiyaları, həm də çeşidli komandalar və verilənlər kompüterə daxil edilir.
Yuxarıdakı şəkildə təsvir olunmuş 104 klavişli genişləndirilmiş klaviatura standart klaviatura kimi qəbul olunur. Klaviaturanın görünüşü şəkildəki kimi olmaya da bilər. Erqonomik klaviaturalar başqa formada olur, yardımçı klavişləri (məsələn, internet də işləmək üçün) olan klaviaturalara da rast gəlinir.
Funksional klavişlər hansılardır?
Funksional klavişlər. Bu klavişlər klaviaturanın yuxarı sırasında yerləşdirilib və <F1>,<F2 <F3>, …,<F12> kimi işarələnib.
Hərf–rəqəm klavişləri hansılardır?
Hərf –rəqəm klavişlər. Bu klavişlər klaviaturanın orta hissəsində yerləşir. Onlar hərflər, rəqəmləri, punktusiya (durğu) işarələrini daxil etmək üçün nəzərdə tutulub.
Yardımçı <ctrl>, <Alt> klavişləri və xüsusi <windows> klavişi də bu qurupa daxildir.
Kursorun idarəolunması klavişləri hansılardır?
Kursorun idarəolunması klavişləri. Bu klavişlərin dördünə çox zaman ox klavişləri də deyirlər. Onlar mətn kursorunun klavişin üzərində göstərilmiş ox istiqamətində hərəkət etdirilməsi üçün nəzərdə tutulub.
Həmin dörd klavişdən yuxarıda bu kateqoriyalı daha altı klaviş yerləşir: <Insert>, <delete >, <Home>, <End>, <PgUp> və <PgDn>.
Yardımçı rəqəm klaviaturası hansılardır?
Yardımçı rəqəm klaviaturası. Kalkulyatorun klavişlərini xatırladan bu klavişlər dəsti klaviaturanın sağında yerləşir və əsasən bank, mühasibatlıq işçiləri arasında populyardır.
<Num Lock > klavişindən istifadə etməklə onların funksiyasını dəyişmək olar: Num lock indi katoru yanmırsa həmin klavişlər kursorun idarə olunması klavişlərini çevrilir. Adətən, klaviaturada yığılan informasiya monitorun ekranında əks olunur. Ekranda yeni daxil ediləsi simvolun yeri xüsusi işarə ilə kursorla göstərilir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır