Ana səhifə / KRİ modulu / Fləş yaddaş haqqında məlumat

Fləş yaddaş haqqında məlumat

Paylaşmaq!

Fləş yaddaş haqqında məlumat  bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Fləş yaddaş haqqında məlumat

Fləş yaddaş haqqında məlumat

 

Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növüdür. Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür. Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır. Dünyanın ən bahalı fləş-yaddaşını isveçrəli zərgər yaradıb. Fləş-kartın yaddaşının həcmi 32 QB təşkil edir.

Fləş yaddaş haqqında məlumat

“Flash” yaddaşların quruluşu necədir?

Flash yaddaşların quruluşu mexaniki deyildir. Yəni içərisində hərəkət edən bir hissə yoxdur. Bu xüsusiyyətinə görə bu cür yaddaşlar “solid-state” yəni hərəkətsizolaraq adlandırılırlar. “Flash” yaddaşlar üzərində əməliyyatlar RAM modullarında olduğu kimi aparılır. Yəni “Flash” yaddaşlar da modullardan təşkil olunub və bu modullar tranzistorlara sahibdirlər. Bildiyimiz kimi kompüter sistemlərində məlumatlar “0” “1”-lər şəklində, yəni ikilik kodlarla yazılır. “0” enerjinin aşağı səviyyəsini, “1” isə yuxarı səviyyəsini ifadə edir. “Flash” yaddaşlara da məlumat yazıldığında tranzistorların enerji səviyyəsi dəyişdirilir. Quruluş etibarilə RAM modullarına oxşasalar da, məlumatların enerji kəsildiyində belə saxlanılması “Flash” yaddaşları RAM-lardan fərqləndirən ən əsas xüsusiyyətdir.

Fləş yaddaş haqqında məlumat

Beləliklə biz Fləş yaddaş haqqında məlumat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий