Ana səhifə / KRİ modulu / İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri

İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri

Paylaşmaq!

İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri

İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri

İnformasiyanın ikilik göstərilişi nədir?

Kompüter ilk vaxtlar yalnız riyazi hesablamalar üçün nəzərdə tutulduğuna baxmayaraq hazırda insan fəaliyyətinin elə bir sahəsini tapmaq olmaz ki, orada bu qurğudan istifadə edilməsin. O cümlədən, riyazi hesablamalarla yanaşı kompüterdə tamamilə bir-birindən fərqli müxtəlif təbiətli informasiyalar- şəkillər, cədvəllər, yazı mətnləri, diaqramlar, qrafiklər, şifahi nitq və.s böyük uğurla emal edilir.

Halbuki, kompüterlər yalnız rəqəmlərlə ifadə olunmuş informasiyanı işlədə bilir və kompüterin yaddaşında rəqəmlərdən başqa heş bir simvol olmur. Odur ki, istənilən başqa informasiya (məsələn, səs, mətn, şəkil, qrafik və.s) kompüterə daxil edilərkən vahid standart formaya salınır. Daha doğrusu, bütün növ informasiyalar çevrilərək kompüterin yaddaşında yalnız iki işarə — 0 və 1 rəqəmləri vasitəsi ilə ifadə olunmuş formada yazılaraq saxlanılır. Bu rəqəmlər ikilik say sisteminin bazis rəqəmləri olduğundan informasiyanın belə təsvirinə onun ikilik göstərilişi deyilir.

Kompüterlər hansı say sistemində işləyir?

Bütün kompüterlər ikilik say sistemində işləyir. Bu o deməkdir ki, kompüterlər 1 və 0 rəqəmlərindən başqa heç bir rəqəm və simvolları tanımır və maşında gedən bütün hesablama əməliyyatı yalnız 0 və 1 rəqəmləri iləifadə olunmuş ədədlər üzərində getməklə bütün alınmış nəticələr də yenə 0 və 1 –lərdən ibarət olur. Deməli bu deyilənlərdən belə çıxır ki, elektron yaddaşı açmaq və ora baxmaq imkanınız olarsa, onda kompüterin yaddaşında külli miqdarda qarmaqarışıq 1 və 0 rəqəmlərindən başqa heçnə görmərik. Bu cür ikilik informasiyanın çevrilərək təbii formada (biz oxuya bildiyimiz şəkildə) displey ekranına və ya printerə verilməsi prosesi isə kompüterin proqram təminatına daxil olan xüsusi proqramın xidmətidir və bu proses bizdən asılı olmadan avtomatik şəkildə kodlaşdırma sistemindən istifadə edilməklə gedir.

Kodlaşdırılmış informasiya kompüterin yaddaşında necə saxlanılır?

Kodlaşdırılmış informasiya kompüterin yaddaş qurğusunun oyuq adlanan yaddaş hissələrində saxlanılır. Yaddaş oyuqlarının hamısının quruluşu eynidir və oyuqlar hər birində yalnız bir dənə ikilik rəqəm 0 və ya 1 rəqəmi yerləşə bilən mərtəbələrdən ibarətdir. Bütün oyuqlardakı mərtəbələrin sayı eynidir. Bu mərtəbələrə ikilik mərtəbələr də deyilir. Oyuqdakı mərtəbələrin sayına maşın sözü və ya oyuğun uzunluğu deyilir. Bir mərtəbədə yerləşə bilən informasiyanın həcmi bit (binary digit –ikilik rəqəm) adlanır.

Eyni zamanda qeyd edək ki, 8 bit bir bayta (1b) bərabərdir. Deməli, hər bir simvolun uzunluğu bir bayt və ya 8 bit olan xüsusi kodu var. İnformasiyanın digər ölçü vahidləri də var:

İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri

 Ölçü vahidləri yaddaşa yazılmış mətnin həcmini, yaddaşın özünün həcmini, çevik disklərdə saxlanılan informasiyanın həcmini və.s. hesablamağa imkan verir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …