Ana səhifə / KRİ modulu / Mətn tipli informasiyanın kodlaşdırılması

Mətn tipli informasiyanın kodlaşdırılması

Paylaşmaq!

Mətn tipli informasiyanın kodlaşdırılması bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Mətn tipli informasiyanın kodlaşdırılması

Mətn tipli informasiyanın kodlaşdırılması

Simvol tipli informasiyanın kodlaşdırılması üçün hansı kod sistemləri yaradılmışdır?

Simvol tipli informasiyanın kodlaşdırılması üçün müxtəlif kod sistemləri yaradılmışdır: ASCII, UNICODE, КОИ-8, Windows-1251 və s. Lakin əsas standart kimi ABŞ-da Milli Standartlaşdırma İnstitutunda (ANSI) işlənilmiş ASCII (American Standard Code for Information Interchange) standartı olmuşdur. ASCII cədvəlində 256 simvolun kodu təsvir olunmuş və bu kodlar kompüterə tanıdılmışdır.

ASCII sistemində (əlifbada) yerləşən simvollar əsasən neçə yerə ayrılır?

  1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompüter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir, bu simvollar bəzən idarəedici simvollar (Non Printable) da adlanırlar. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edirlər.
  2. 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompüter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. Buraya durğu işarələri, ərəb rəqəmləri, latın əlifbasının böyük və kiçik hərfləri və s. daxildir.
  3. 128-dən 255-ə qədər olan kodlar isə milli əlifbalar üçün nəzərdə tutulmuşdur. Burada müxtəlif ölkələr öz simvollarını yerləşdirirlər (təbii ki, bütün milli əlifbaların simvollarını burada yerləşdirmək mümkün olmamışdır).

ASCII kodlaşdırma sisteminə əsasən maksimum neçə simvolu kodlaşdırmaq olar?

ASCII kodlaşdırma sisteminə əsasən maksimum 256 simvolu kodlaşdırmaq olar. 256=28 olduğundan burada hər bir simvol üçün kompüterin yaddaşında 8 bitlik yer ayrılır. Deməli bu kod sistemində yazılmış hər bir simvol kompüterin yaddaşında 8 bit=1 bayt yer tutur.

UNICODE kod sistemi nə üçün yaradılmışdır?

Təəssüf ki, ASCII kod sistemi bəzi milli əlifbaların (Azərbaycan, Çin, Koreya və s.) tam şəkildə təsvirinə imkan vermədiyindən daha geniş kod sistemi – UNICODE kod sistemi yaradılmışdır. Bu kod sistemində isə maksimum 65536 simvol kodlaşdırıla bilər. 65536=216 olduğundan burada 1 simvol yaddaşda 16 bit=2 bayt yer tutar.

ASCII kodlaşdırma sisteminə aid məsələ

Məlumatın yazılması üçün hər səhifədə 25 sətir olmaqla 3 səhifə istifadə olunmuşdur. Hər sətirdə 60 simvol olarsa, həmin məlumatın həcmi nə qədərdir?

İzahı: İstənilən mətn sənədindəki simvolların sayını tapmaq üçün belə bir düsturdan istifadə edə bilərik:

Ümumi simvol sayı = səhifə sayı * sətir sayı * simvol sayı

Deməli, düstura əsasən tapa bilərik ki, bizim məlumatımızda 25*3*60=4500 simvol var.

Standart qaydaya əsasən məsələdə heç bir kod sisteminin adı verilmədikdə 1 simvol=1 bayt kimi qəbul edilir. Beləliklə, 4500 simvol yaddaşda 4500 bayt yer tutacaqdır.

Unicode kodlaşdırma sisteminə aid məsələ

Unicode standartı ilə yazılmış kitabda 1 səhifədə 32 sətir, hər sətirdə 64 simvol var. 80 Kbayt ümumi həcmi olan kitabda neçə səhifə olar?

İzahı: Səhifə sayı məlum olmadığından onu x kimi qəbul edək. Sənəddəki simvolların umumi sayı yuxarıda qeyd etdiyimiz dustura əsasən x*32*64 olacaqdır. Unicode sistemində 1 simvolun yaddaşda tutduğu yer 2 bayt olduğundan butun sənədimiz yaddaşda x*32*64*2 bayt yer tutar. Məsələdə verilənlərə əsasən sonuncu tapdığımızı 80 Kbayt-a bərabərləşdirsək,

x*32*64*2 bayt = 80 Kbayt

X=80 KBayt/32∗64∗2 bayt=80∗210 bayt/25∗26∗2 bayt=20 səhifə

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …