Windows ƏS-nin inkişaf tarixi və əsas xüsusiyyətləri bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Windows ƏS-nin inkişaf tarixi və əsas xüsusiyyətləri
Windows əməliyyat sistemi nə üçün yaradılmışdır?
Windows əməliyyat sistemi istifadəçilər üçün rahat işləmə mühiti yaratmaq məqsədilə meydana gəlmişdir. Bu ƏS yaranmamışdan əvvəl istifadə edilən istənilən ƏS istifadəçidən kompüteri idarə edən əmrləri bilməsini tələb edirdi.
MS-DOS əməliyyat sistemi
IBM PC kompüterlərində 1981-ci ildən 1995-ci ilə qədər əsas ƏS kimi MS-DOS istifadə edilmişdir. MS-DOS isə 640 Kbayt əməli yaddaşla işləyə bilirdi. MS-DOS-un növbəti çatışmazlığı təkməsələli ƏS olması və qrafik ƏS olmadığından qrafik rejimdə işləmək mümkün deyildi.
Microsoft şirkəti IBM PC tipli fərdi kompüterlər üçün aşağıdakı qrafik əməliyyat sistemləri buraxmışdır.
- 1985-ci ildə Windows 1.0 adı ilə buraxılmışdı.
- 1987-ci ilin oktyabrında sistemin Windows 2.0 versiyası buraxıldı.
- 1990-cı ilin may ayında MS-DOS ƏS-nin qrafik örtüyü olan Windows 3.0 versiyası buraxıldı.
- 1992-ci ilin aprel ayında Windows 3.1 versiyası buraxıldı.
- 1993-cü ildə Windows 3.11 Workgroups versiyası buraxıldı.
- 1993-cü ildə Windows NT Korporativ istifadəçi üçün ƏS-nin növbəti versiyasını buraxmışdır.
- 1995-ci ilin sentyabrında buraxılmış Windows 95 ƏS IBM PC kompüterləri üçün ilk qrafiki ƏS olmuşdur.
- 1998-ci ildə Windows 98 ƏS yaradılmışdır.
- 2000-ci ilin əvvəllərində Windows 2000 ƏS
- 2000-ci ilin sonlarında Windows ME ƏS buraxıldı
- 2001-ci ilin yayındaWindows XP ƏS buraxıldı.
Beləliklə biz Windows ƏS-nin inkişaf tarixi və əsas xüsusiyyətləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır