Ana səhifə / KQİES / UNİX əməliyyat sistemi haqqında

UNİX əməliyyat sistemi haqqında

Paylaşmaq!

UNİX əməliyyat sistemi haqqında bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

UNİX əməliyyat sistemi haqqında

UNİX əməliyyat sistemi haqqında

UNİX-in əsası hansı layihə ilə başladılmışdır?

UNİX-in əsası 1965-ci ildə MİTAT&T Bell LabsGE-nin birlikdə yaratdıqları MULTİCS (Multiplexed Operating and Computing System) layihəsi ilə atılmışdır.

UNİX əməliyyat sistemi haqqında

MULTİCS layihəsinin əsas hədəfi çox istifadəçili komputer sistemlərinə icazə verərək eyni vaxtlı məlumat paylaşmasını təmin edə bilməkdi. 1969-c ildə layihə qarışıq bir şəkil almağa başlamış və AT&T Bell Labs layihədən çəkilmişdir.

UNİX əməliyyat sistemi hansı ildə yaradılmışdır?

UNİX1969-cu ildə Ken TompsonDenis Riçi tərəfindən Bell laboratoriyalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir.

UNİX əməliyyat sistemi haqqında

UNİX törəməli əməliyyat sistemləri harada daha çox istifadə oluna bilər?

UNİX törəməli əməliyyat sistemləri çox prosessorlu bahalı komputerlərdən bir prosessorlu sadə ev komputerlərinə qədər bir çox cihaz üzərində işləyə bilən test edilmiş sistemlərdir. Lakin xüsusilə strukturu ilə çox prosessorlu serverlərdə adətən standart halına gəlmişdir.

Ken Tompsonun Unix üçün hansı xidmətləri olmuşdur?

Bell şirkətində araşdırmaçı olaraq işləyən Ken Tompson MULTİCS proqramını stimulyasiya edən bir fayl sistemini kodlamaqla UNİX-in ilk distributivi olan UNİCS-i (Uniplexed Operating and Computing) meydana çıxardı.

UNİX əməliyyat sistemi haqqında

Bu versiya Assembler ilə yazılmışdı.

UNİX əməliyyat sisteminin təkmilləşməsi sonrakı dövrlərdə necə aparılmışdır?

1973-cü ildə Ken Tompson C dilinin yaradıcısı olan Denis Riçi ilə birlikdə əməliyyat sisteminin kernel sistemini C dili ilə təkrar kodlayaraq UNİX 5. 0 versiyasını yaratdılar.

UNİX əməliyyat sistemi haqqında

Beləliklə də, UNİX C dilinin sayəsində müxtəlif avadanlıqlara uyğun olaraq təkrar dəyişdirilə bilən kodlardan ibarət bir əməliyyat sisteminə çevrilmişdir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsi

Sistemin əsas tənzimlənmələri Панель управления (Control panel (İdarə etmə paneli)) adlanan xüsusi paneldə yerləşir.