Sistem örtükləri haqqında məlumat bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Sistem örtükləri haqqında məlumat
Sistem örtükləri nədir?
Sistem örtükləri əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə yeni interfeys təqdim edir. Əməliyyat sisteminin əmr və əməlyyatlarını dərindən bilməsindən azad edir.
Sistem örtükləri hansı əməliyyatı icra edir?
Sistem örtükləri faylların sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş qurğuları haqqında məlumatların verilməsini təmin edir.
Sistem örtüklərinin üstün cəhəti nədir?
Bütün örtük proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü korlanma ehtimalını azaldır
Beləliklə biz Sistem örtükləri haqqında məlumat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.