MS-DOS-un əsas komponentləri bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 MS-DOS-un əsas komponentləri
- 1.1 MS-DOS əməliyyat sistemi hansı əsas komponentlərdən ibarətdir?
- 1.2 Giriş-çıxış baza sistemi (BİOS) modulu
- 1.3 İlkin yükləmə modulu (boot record)
- 1.4 Disk faylları- (İO,SYS və MSDOS,SYS)
- 1.5 Əmr dilinin prosessoru (COMMAND.COM)
- 1.6 Utilitlər və drayverlər. (CONFİG.SYS, PRINT.COM, FORMAT.COM və s.)
- 1.7 AUTOEXEC.BAT
MS-DOS-un əsas komponentləri
MS-DOS əməliyyat sistemi hansı əsas komponentlərdən ibarətdir?
- İlkin yükləmə modulu (boot record)
- Giriş-çıxışının baza sistemi (BİOS)
- BİOS-un genişləndirilməsi modulu (İO.SYS)
- Kəsilmələrin işlənməsi modulu (MS DOS.SYS)
- Əmr dilinin prosessoru (COMMAND.COM)
- Utilitlər və drayverlər (CONFİG.SYS, PRINT.COM, FORMAT.COM və s.)
- AUTOEXEC.BAT-sistem açıldıqda əmrlərin avtomatik icrası üçün lazımdır.
Bu komponentlərə MS-DOS-un modulları da deyilir.
Giriş-çıxış baza sistemi (BİOS) modulu
Giriş-çıxış baza sistemi (BİOS)- kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm də proqram vasitələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və xaricetmə ilə əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir. O, həmçinin yaddaşın işini yoxlayır, əməliyyat sisteminin yüklənməsi üçün lazım olan proqramı hazır vəziyyətdə saxlayır.
İlkin yükləmə modulu (boot record)
Əməliyyat sisteminin yükləyicisi, ilkin yükləmə proqramı (boot record) — bu qısa proqram olub, sistem diskinin birinci sektorunda yerləşir. Onun vəzifəsi DOS və onun digər iki modulunun yaddaşa yüklənməsi prosesini tamamlamaqdır.
Disk faylları- (İO,SYS və MSDOS,SYS)
Disk faylları- (İO,SYS və MSDOS,SYS). Disk faylları əməliyyat sisteminin yükləyicisi tərəfindən yüklənir və kompüter yaddaşında daimi qalırlar. Bu fayllar həm də gizli fayllardır. IO.SYS faylında BIOS-un genişlənmə modulu yerləşir, MSDOS.SYS isə kəsilmələrin emalı modulu üçündür. IO.SYS və MSDOS.SYS faylları MS-DOS yerləşən diskin əsas kataloqunda yerləşməlidir. Başqa diskdə bu faylların surətini almaq üçün xüsusi SYS əmrindən istifadə olunur. MSDOS.SYS modulunun komponentləri fayl sisteminin, giriş-çıxış qurğularının (klaviatura, displey, printer və portlar) işini təmin edən, proqramların sona çatması ilə əlaqədar məcburi kəsilmələrə və səhvlərin emalına xidmət edən proqramlardır.
Əmr dilinin prosessoru (COMMAND.COM)
Əmrlər prosessoru COMMAND.COM fayl olub, sistem diskinin istənilən yerində saxlanıla bilər. O, istifadəçi tərəfindən verilən əmrləri təhlil edir. Əmrə uyğun proqramı tapıb yükləyir, iş tamam olduqdan sonra həmin proqramı yaddaşdan silir və növbəti hal üçün hazır vəziyyəti alır.
Utilitlər və drayverlər. (CONFİG.SYS, PRINT.COM, FORMAT.COM və s.)
Utilitlər və ya MS-DOS-un xarici əmrləri əməliyyat sistemi ilə birlikdə yaradılmış proqramlardır. Bu proqramlar müxtəlif xidməti əməliyyatları (disketi formatlaşdırmaq, disketi yoxlamaq və s.) yerinə yetirirlər. Qurğuların drayverləri MS-DOS əməliyyat sisteminin giriş-çıxış sistemini tamamlayan və yeni qurğulara xidməti təmin edən bir proqramdır. Drayverlər əməliyyat sisteminin yüklənməsi zamanı kompüterin yaddaşına yüklənir, adları isə config.sys konfiqurasiya faylında göstərilir.
AUTOEXEC.BAT
AUTOEXEC.BAT sistem diskinin kökündə yerləşir, sistem açıldıqda əmrlərin avtomatik icrası üçün lazımdır. Bilmək vacibdir ki, Windows-un müasir versiyalarında istifadəçi daxil olduqda fayl işə başladılır. PATH, PROMPT, SET mühit dəyişənlərini təyin etmək əmrləri xaricindəki fayldakı bütün əmrlər nəzərə alınmır.
AUTOEXEC.BAT sənədində olan məlumatlar baxımından adi bir toplu fayldır. Bununla belə o xüsusi bir rol oynayır. Çünki sistemin başlanğıcda işə salınması və CONFIG.SYS-in işlənməsindən sonra əməliyyat sistemi sistem diskinin kök qovluğunda AUTOEXEC.BAT faylını tapmağa çalışır və istifadəçidən heç bir tələb olmadan avtomatik olaraq buraxılmağa başlayır. Bütün lazımi sistem parametrlərini həyata keçirəcək AUTOEXEC.BAT sənədinə müxtəlif əmrləri daxil etmək çox rahatdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.