Ana səhifə / KQİES / DOS ailəsinin əməliyyat sistemləri

DOS ailəsinin əməliyyat sistemləri

Paylaşmaq!

DOS ailəsinin əməliyyat sistemləri bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

DOS ailəsinin əməliyyat sistemləri

DOS ailəsinin əməliyyat sistemləri

Dos ailəsinə məxsus hansı əməliyyat sistemi vardır?

Bu ailənin birinci üzvü MS-DOS (Microsoft Disk Operating System — Microsoft firmasının disk əməliyyat sistemi) sistemidir. Bu sistem IBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır.

DOS ailəsinin əməliyyat sistemləri

DOS ailəsinin əməliyyat sistemlərinin hansı xarakterik xüsusiyyəti vardır?

Bildiyimiz kimi DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir. Bir sıra xarakterik xüsusiyyətlərə malikdir. Bunlar aşağıdakılardır:

1.İstifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə intefeys həyata keçirilir.

2.Əməliyyat sisteminin müxtəlif tipli kompüterlərdə işləməsini təmin etmək uçün struktur modulluğu mövcuddur.

3.Əməliyyat sisteminin işləməsi üçün 640 kbaytlıq əməli yaddaş tələb olunur.

DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışmazlığı vardır. Belə ki, fərdi kompüter resurslarına  eləcədə əməliyyat sisteminin özünə icazəsiz müraciətdən mühafizə vasitələrinin olmamasıdır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsi

Sistemin əsas tənzimlənmələri Панель управления (Control panel (İdarə etmə paneli)) adlanan xüsusi paneldə yerləşir.