Ana səhifə / KQİES / BİOS və onun təyinatı

BİOS və onun təyinatı

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Əziz oxucularım bu dərsimiz Bios və onun təyinatına həsr olunacaq. Bu mövzu haqqında bəzi nəzəri fikirləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Məlumdur ki, kompüterinizdə hansı əməliyyat sistemi yüklənmiş olursa olsun, arxa planda işləməkdə olan daha bir əməliyyat sistemi var. Mavi ekran vermədən, cihaz drayveri istəmədən işini yerinə yetirən bu əməliyyat sistemi-BIOS adlanır. BIOS-a sahib olduğunuzda, sisteminizi nizama salmaq ya da yaranan problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır.

BİOS və onun təyinatı

BİOS və onun təyinatı

BIOS-un açılışı Basic Input / Output System, yəni əsas Giriş/ Çıxış Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib işlətdiyimiz digər proqramlardan yerləşdiyi yer və funksiyaları baxımından fərqlənir.
BIOS sisteminizin ayrılmaz bir parçasıdır, sisteminizi bağlasanız da, diskinizi formatlasanız da BIOS silinmir. Bunun səbəbi də, BIOS-un diskdə deyil, ana plata üzərində, tam oxuna bilən bir ROM yaddaş qurğusunda qeydli olmasıdır.
BIOS proqramı, digər proqramlarınızdan fərqli olaraq istəsəniz imtina edə biləcəyiniz bir proqram deyil, sistem işlədiyi anda işə başlayan, sistemin əsas bir hissəsidir. Əlavə olaraq BIOS tam olaraq sisteminizə görə nizamlanmış bir proqramdır, bu səbəblə də hər ana platanın BIOS-u özünə məxsusdur.
Ən yeni, ən müasir fərdi kompüterlərdəki BIOS-lar belə əslində çox köhnə proqramlardır. BIOS-un nüvə funksiyaları 1981-ci ildə çıxan IBM PC-yə əsaslanır və bu funksiyalar sisteminiz nə qədər yeni olursa olsun dəyişmir. BIOS-un böyük hissəsi, sisteminizi qoşduqda işləyir, vəzifəsini tamamlayır və əməliyyat sisteminiz fəaliyyətə keçdikdə BIOS kənara çəkilir. Buna baxmayaraq vəzifəsi bitmiş sayılmır, çünki sistemin dərinliyindəki bəzi funksiyalar və enerji qənaət funksiyaları hələ BIOS-un məsuliyyətindədir. Sisteminizdə bir problem olmadıqda, ya da yeni taxdığınız bir təchizat, başqa bir təchizat ilə üst-üstə düşmədikcə BIOS arxa planda işləməkdədir.
İlk dəfə hazırlandıqda BIOS-un 4 funksiyası var idi:
1. Sistem açıldıqda, ilk olaraq aparat hissəsinə nəzarət edərək bir səhv olub olmadığını təsbit etmək (Power On Self Test — POST)
2. Sistem işlədikdən sonra RAM yaddaşı davamlı olaraq təzələmək.
3. Sistem açıldığında bəzi kiçik RAM bloklarına sisteminiz haqqında məlumatlar yazmaq. Bunun məqsədi isə, proqramlarınızın sisteminizdəki təchizatlar haqqında məlumat sahibi olmamasıdır, məsələn bir proqramın, yaddaşdakı müəyyən bir sahəyə baxaraq neçə GBlik bir disk istifadə etdiyinizi və neçə diskinizin olduğunu anlaya bilməsi üçün. Bu bloklara BIOS Data Area deyilir.
4. Proqramlarınızın aparat hissəsi ilə əlaqələndirilməsini təmin etmək
İndiki vaxtda, inkişaf etmiş əməliyyat sistemləri BIOS-un gördüyü bir çox işi üzərlərinə götürürlər. BIOS hələ də var və əsas əməliyyatlar üçün lazımlıdır, amma əməliyyat sistemləri çoxu BIOS parametrini də keçə bilirlər. Məsələn, BIOS-un Setup ekranına girib, sistemə taxılı disklərinizdən birini sıradan çıxarsanız da, Windowsa girərkən diskin yerində olduğunu görəcəksiniz.
BIOS-un ilk funksiyası, sistemin açılmasını təmin etməkdir. Əgər prosessorunuza nə edəcəyini söyləməsəniz, ana platanın üzərində öz başına işləyəcək. Halbuki BIOS, prosessorunuza ilk əsas əmrləri verərək, sistemin açılışını başladır. POST əməliyyatı tamamlandıqdan sonra da idarəni digər proqramlara verir. Bu sayədə PC-lərimizin universal olması təmin edilir, yəni əməliyyat sisteminə aid xüsusi BIOS-a ehtiyac duyulmur. BIOS işini qurtardıqdan sonra əməliyyat sistemi fəaliyyətə keçir.
CD/DVD-Rom avandanlığına disk qoyulduqdan sonra Bios«a daxil olmaq üçün müxtəlif klaviatur düymələrindən istifadə olunur. Bunlardan:
  1. Delete düyməsi
  2. F2 düyməsi
  3. ESC düyməsi və s
Bios daxil olduqdan sonra orada Boot deyilən menyunu tapırıq. Bu menyuda kompüterə qoşulan xarici qurğuların siyahısı görsənir. Bu siyahıda CD-RomDVD-Rom drive sətri hökmən birinci olmalıdır. İkinci sətr isə Hard Drive(HDD) seçilməlidir. Seçim biosun təklif etdiyi qaydada aparılır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …

Добавить комментарий