Ana səhifə / Kompüter hissələri / Passport Reader haqqında məlumat

Passport Reader haqqında məlumat

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Passport Reader haqqında məlumat olacaq. Bu video dərsdə biz Sizinlə daxiletmə avadanlıqlarından biri olan Passport Reader haqqında danışacağıq. Məlumdur ki, Passport Reader – Passport Reader bir çox ölkələrdə passportların (şəxsiyyət vəsiqələrinin) üzərində olan məlumatları oxumaq üçündür. İş prinsipi azacıq skanerə oxşayır. Passportu (şəxsiyyət vəsiqəsini) qurğuya daxil edəndən sonra qurğunun içərisindəki güzgüyə işıq düşür, sonra həmin işıq hissedici CCD matriksin üzərinə düşür və həmin matriksdən mikrokontrollerə ötürülür. Mikrokontrollerdə məlumat emal olunur və rəqəmli formata çevrilir və həmin məlumat kompüterə ötürülür. Bu proses nəticəsində Passport Reader qurğusu şəkildə görünən məlumatları oxuyur.

 

Passport Reader haqqında məlumat

Passport Reader haqqında məlumat

Şəkildə gördüyümüz kimi cihaz passportu (şəxsiyyət vəsiqəsini) bütöv olaraq yox yalnız xüsusi kodlar olan hissəsini oxuyur və bu kodlara uyğun olaraq xüsusi (açıq yayımlanmayan) proqram təminatı həmin şəxs haqqında məlumatı çıxarır. Bu isə o deməkdir ki, yəni bütün fərdi identifikasiya məlumatlarını (ad, soyad, atanın adı, təvəllüd, doğulduğu yer, cins və s.) təkcə şəxsiyyət vəsiqəsinin üzərində deyil həmin şifrələnmiş hissəsində yerləşir. Bu isə ilk növbədə sərhədlərdə və digər lazımi yerlərdə passportun(şəxsiyyət vəsiqəsinin) yoxlanması prosesini tezləşdirir və bundan əlavə saxta passportların düzəldilməsinin qarşısını alır. 

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Monitorlar və videoadapterlər haqqında

Monitorlar və videoadapterlər haqqında

Hal-hazırda biz müxtəlif firmaların istehsalı olan monitorları ekranımızda görürük. Ümumiyyətlə monitora belə bir tərif verək. Monitor simvollu və qrafik informasiyanı ekranda əks etdirmək üçün nəzərdə tutulan avadanlıqdır. Monitorlar televizora bənzəyir. Kompüterin başlıca çıxış qurğusudur. Ekran anlayışı isə dedikdə monitorun şüşədən olan nazik plastik qatla örtülmüş qabaq hissəsi nəzərdə tutulur.  Ekran verilənləri əks etdirməyə xidmət edir. Gördüyümüz kimi monitorla ekran arasında fərq böyükdür.

Добавить комментарий