Sağlamlığımıza zərərli olan hərəkətlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Sağlamlığımıza zərərli olan hərəkətlər
Sağlamlığımıza zərərli olan hərəkətlərin qarşısının alınması üsulları hansılardır?
- Cihazlardan istifadə zamanı sağlamlığını qoruyunması
- Uzun müddət kompüterlə işləyərkən oturduğu mövqeyin dəyişdirilməsi
- Qan dövranını artırmaq üçün bir saatda on dəqiqəlik fasilə ilə idman hərəkətlərinin icrası
- İki saatdan bir gözlər üçün uyğun gimnastika hərəkətlərinin etdirilməsi
- Klaviaturada yazdığı zaman əllərə istirahətin verilməsi
Uşaqları kompüterin zərərli təsirindən necə qorumaq olar?
Uşaqları kompüterin zərərli təsirindən qorumaq üçün əvvəlcə kompüterin qoyulduğu məkana diqqət etmək lazımdır. Kompüteri ailənin bütünlüklə yığışdığı, televizora baxdığı salona qoyun. Bununla da ailənin bütün üzvlərinin bir-birinə nəzarət etmək imkanı daha çox olacaq. Xüsusilə uşaqları kompüter qarşısında nəzarətsiz buraxmaq olmaz. Yaddan çıxartmaq olmaz ki, internetdə yayılan materiallara nəzarət etmək mümkün deyil Psixoloqlar uşaqları pis vərdişlərdən çəkindirmək üçün valideynlərə belə məsləhət verirlər.
Əgər siz «Bunu etmə, onu etmə» deyərək uşağınızı zərərli şeylərdən çəkindirmək istəsəniz uğursuz alınacaq .Çünki uşaq sizin qadağan etdiyiniz bir çox şeyi sərbəst həyata keçirmək üçün əlverişli mühit axtarışında olacaq. Ən yaxşı yol danışıq yolu ilə və ortaq nəticəyə gəlməkdir. Uşaqları zərərli məzmunu olan bilgilərdən və oyunlardan uzaq tutmaq üçün kompüterdə gözəl işlərlə, faydalı işlərlə məşğul olmağa sövq etmək lazımdır. Kompüter oyunlarıyla həyat arasındakı tək fərq, həyatı «SAVE» (yadda saxla) edə bilməməkdir və ya virtual dünyanın «dəli»si olmağın fəsadları kompüter asılılığı insanların real dünyaya ayırdığı vaxtı azaldır. İnsanlar virtual dünyadan ayrıla bilmirlər. Bütün bunlar onların real həyatda davranışına təsir edir. Ailə fərdləri arasında ünsiyyət azalır. Tənhalıq sindromu başlayır, özünə qapanır. İnsan real həyatla ayaqlaşa bilmir. Nəticədə özünü bədbəxt hiss edir, psixoloji gərginlik yaranır. Sağlamlığın qeydinə qalmaq unudulur, yuxuya ayrılan vaxt sürətlə azalır, uzun sürən yuxusuzluq əsəb pozğunluğuna, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Düzgün qidalanmamaq insanın zəifləməsinə və həzm sisteminin pozulmasına gətirib çıxarır.
Beləliklə biz Sağlamlığımıza zərərli olan hərəkətlər mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır