Ana səhifə / İŞƏTSQ / Onlayn qumarxanalar haqqında

Onlayn qumarxanalar haqqında

Paylaşmaq!

Onlayn qumarxanalar haqqında bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Onlayn qumarxanalar haqqında

Onlayn qumarxanalar haqqında

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1 maddəsinə görə qumarxana təşkil etmə və ya saxlamaq cinayət sayılan əməllərdəndir (244-1.1. Qumarxana, yəni, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır). Ölkəmizdə bu fakta uyğun qumarxanalar, gizli qumar oyunları təşkil edilən çayxana tipli məkanlar olaraq bilinən yerlər dəfələrlə aşkar edilib məsuliyyətə cəlb edilmişdir. Digər tərəfdən kibercinayət hesab ediləcək bu tipli pul qarşılığında mərc və qumar oyunları da diqqətdən yayınmamalıdır. Bu tipli fəaliyyətlər ölkə daxilindədirsə, tapılıb məsuliyyətə cəlb edilməli, ölkə xaricindədirsə həmən fəaliyyəti həyata keçirən internet saytına girişi ölkə daxilində qadağan edilərək bağlanmalıdır.

Beləliklə biz Onlayn qumarxanalar haqqında mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.