Ana səhifə / İŞƏTSQ / İnformasiyanın mühafizəsi üçün kompleks tədbirlər

İnformasiyanın mühafizəsi üçün kompleks tədbirlər

Paylaşmaq!

İnformasiyanın mühafizəsi üçün kompleks tədbirlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İnformasiyanın mühafizəsi üçün kompleks tədbirlər

Hansı kompleks tədbirlər və texniki hədlər olmalıdır?

İnformasiyanın mühafizəsi üçün kompleks tədbirlər

  • İnformasiya kanalları və resurslarına yad təsirləri ləğv etmək yolu ilə informasiya mühitinin normal işləməsinin təminatı;
  • İnformasiya mühitindən düzgün olmayan şəkildə istifadə etməklə bütövlülüyün pozulmasına gətirib çıxara biləcək müxtəlif cəhdlərin aşkarlanması və ləğv edilməsi yolu ilə informasiyanın icazə verilməmiş (icazəsiz) daxilolmalardan mühafizə edilməsi;
  • İstifadəçilərin və xidməti heyətin səlahiyyətsiz hərəkətlərini sübut edən daxili mühafizə vasitələrinin dağıdılmasının qarşısının alınması ;
  • Proqram təminatı (ing. software) və texniki vasitələrin (ing. hardware) normal işləməsinə mane olan bütün virusların və digər ziyanverici proqram məhsullarının zərərsizləşdirilməsi;

Mövcud texnologiyanın təhlil olunması ilə bərabər, informasiya təhlükəsizliyinin infrastrukturunun yaradılması üçün əsas sayılan informasiya təhlükəsizliyi və təşkilatı-paylaşdırıcı sənədin topluları sahəsində siyasətin işlənilməsi həyata keçirilməlidir. Beynəlxalq qanunvericiliyə əsaslanan bu sənədlər təhlükəsizlik xidmətləri və informasiya mühafizəsi şöbələrinə mühafizə tədbirlərinin bütün spektrlərini aparmaq , xarici təşkilatlarla qarşılıqlı əlaqələr yaratmaqla qanun pozanları məsuliyyətə cəlb etmək üçün hüquqi baza yaratmağa imkan verir.

Beləliklə biz İnformasiyanın mühafizəsi üçün kompleks tədbirlər mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.