Məxfi nəzarətin idarə olunması bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Məxfi nəzarətin idarə olunması
Məxfilik nədir?
Məxfilik — müəyyən növ informasiyaların açıqlanması və əldə edilməsinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutan normalar və qaydalar sistemi. Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hüquqi dövlətdə, vətəndaş cəmiyyətində fərdi azadlıqlara nə qədər böyük önəm verilirsə, şəxsi toxunulmazlığa, fərdi məlumatların qorunmasına bir o qədər dəyər verilir. Azərbaycanda da istər əsas qanunda, istərsə də sahəvi qanunlarda şəxsi toxunulmazlıq hüququnun tələblərinə ciddi əməl edilir. Konstitusiyaya əsasən, şəxsi toxunulmazlıq hüququ tanınır. Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq yalnız qanunla nəzərdə tutulan qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Qanunla müəyyən edilən hallar istisna olmaqla, hər kəs onun haqqında toplanan məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanan və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilən məlumatların düzəldilməsini və ya ləğv edilməsini tələb etmək hüququ var. Qeyd edək ki, şəxsi toxunulmazlıq hüququ təbii hüquqlar (insan hüquqları) qrupuna aiddir və bütün normal ölkələrdə tanınır.
İnformasiya təhlükəsizliyini təmin etmək üçün nələri bilməlisiniz?
Virtual aləmdə şəxsi məlumatların qorunması siyasəti veb-saytın istifadə edilməsinin şərtləri, qaydaları və istinad edilən digər sənədlərlə birlikdə bizim işlədəcəyimiz şəxsi məlumatların (sizin, sizin haqqınızda yaxud, sizin bizə təqdim etdikləriniz) toplanılması üçün bünövrəni təşkil edir. Şəxsi məlumatların işlənilməsinin məqsədi – istifadəçilərin qeydiyyatı ilə bağlı yaranan öhdəliklərin və hüquqların yerinə yetirilməsini təmin etməkdir. İnternet mühitini hər kəs üçün daha təhlükəsiz etməliyik.
İnternetdə bizi hansı təhlükələr gözləyir?
Kibercinayətkarlığa qarşı mübarizədə, kibercinayətlərlə mübarizə aparan ekspert və mütəxəssislərin təcrübə mübadiləsi aparmasına şərait yaradılmalıdır. Həm hüquqi, həm texniki tərəfdən bu məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Dövlət, kibercinayətkarlığa qarşı mübarizədə özəl sektordan yararlanmalıdır. Bu sahədə böyük təcrübəyə malik olan nəhəng dünya şirkətləri ilə sıx əməkdaşlıq, təcrübə mübadiləsi şərtdir. Hər bir istifadəçi hücumlara hazır və kibercinayətkarlardan daha hazırlıqlı olmalıyıq. Kibercinayətkarlığa qarşı mübarizə təhlükəli proqram təminatı, bot-şəbəkələr, əqli mülkiyyət, uşaq oğurluğu və istismarı da daxil olmaqla bir sıra onlayn-cinayətləri araşdırır. Məqsəd istifadəçilərin inamla internet şəbəkəsinə qoşulmalarını təmin etməkdir.
Beləliklə biz Məxfi nəzarətin idarə olunması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır