Ana səhifə / İŞƏTSQ / Kompüter insanın dostudur yoxsa düşməni?

Kompüter insanın dostudur yoxsa düşməni?

Paylaşmaq!

Kompüter insanın dostudur yoxsa düşməni? bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüter insanın dostudur yoxsa düşməni?

Kompüter insanın dostudur yoxsa düşməni?

Yəqin ki özünüzü kompütersiz təsəvvür etmirsiniz. Amma bu təsəvvür insan fiziki cəhətdən özünü sağlam hiss edəndə hökm sürür. Bəs canımız zərər görəndə, səhhətimizdə problemlər yarananda necə? Sağlamlığın hər şeydən dəyərli olduğunu dərk etdiyimiz zaman kompütersiz yaşaya bilməyəcəyimiz bizi çoxmu düşündürür? Bu sualın cavabını araşdırdıqda bizə məlum olur ki , texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur.

Bəşəriyyətin ən böyük kəşflərindən biri də kompüter oldu. Müasir kompüter texnikasının yaranma tarixi 1946-cı ildən hesablanır. Müəyyən inkişaf mərhələlərindən keçən bu texnika 1980-ci illərdən başlayaraq iş yerlərinə yol açmış, 1990-cı illərdən isə evlərdə istifadə olunmağa başlanmışdır. Kompüter biliklərinin olması çağdaş dövrümüzdə çox vacibdir. Bu gün kompüterin bizə hava və su kimi lazım olduğunu nəzərə alaraq onun xeyrini və zərərini nəzərinizə çatdırmaq istəyirik. Özünü dərk etməyə başlayan uşaqdan tutmuş böyüyə qədər hər kəs bu sehrli vasitənin istifadəçisinə çevrilir.

Bütün gününü kompüter qarşısında keçirənlər kompüterdən düzgün istifadə qaydalarını bilirlərmi?

Kompüter istifadəçiləri müəyyən bir zamandan sonra bel, boyun, baş ağrısı, əldə gizildəmə, gözlərdə yaşarma, qızarma kimi problemlərlə üzləşirlər. Saatlarla virtual aləmin sehrinə dalıb özlərini ətrafla bağlayan hər şeydən uzaqlaşırlar. Qidanı belə monitor qarşısında qəbul edirlər. Davamlı olaraq monitora baxmaq uzun müddət hərəkətsiz qalmağınıza səbəb olur. Həm çəkiniz artır, həm də qeyri-sağlam bəslənmə orqanizminizə zərər verir. Təbii ki, hər bir şeydən öz qədərində istifadə etmək lazımdır. Kompüterdən də istifadə edərkən əvvəlcə sağlamlığınızı düşünməlisiniz. Kompüter qarşısında uzun müddət səhv mövqedə oturmaq bel və boyun yırtıqlarının yaranmasına səbəb olur. Araşdırmalara görə, ofis şəraitində kompüterdə çalışanların bel və boyun ağrılarından şikayəti daha çox olur. Buna səbəb uzun müddət hərəkətsiz qalma, əzələ, sümük, sinir və damarların həddindən artıq gərilməsi, stress, duruş formasının səhv seçilməsidir. Kompüterin qarşısında doğru oturmaq ən vacib qaydalardan biridir. Bundan əlavə, bəzi şərtlər var ki, onlara mütləq əməl olunmalıdır.

Sağlamlığınız baxımından hansı şərtlərə əməl olunmalıdır?

  • Hündürlüyü nizamlana bilən, kürək üçün dəstəyi olan yumşaq döşəkli və dayanıqlı oturacaq (ya kreslo) seçmək lazımdır. Sərt və nizamlı olmayan bir kresloda uzun müddət oturmaq şiddətli bel və boyun ağrılarına səbəb ola bilər.
  • Kompüter masasına da ciddi fikir vermək lazımdır. Normal iş masaları kompüterlər üçün çox vaxt rahat deyil. Məsələn, kompüter monitorunun gözünüzdən bir az aşağıda və ya tam qarşınızda olmağı vacibdir. Klaviatura dik oturduğunuz zaman əllərinizlə eyni xətdə, əllərinizin tam qarşısında olmalıdır.
  • Kompüterdən istifadə edərkən barmaq, əl biləyi və dirsək davamlı olaraq eyni hərəkətləri edir. Bu da xüsusilə əl biləyində müəyyən problemlərin yaranmasına səbəb olur. Əl biləyindən keçən sinir toxumaları sıxılır, əldə keyimə və ağrı, baş barmağın hərəkətində bəzi problemlər yaranır.

Kompüter insanın dostudur yoxsa düşməni?

  • Həkimlər yazı yazarkən klaviaturadakı düymələrə yavaş toxunmağı, sıçanı yumşaq bir şəkildə tutmağı məsləhət görürlər. Yazmadığınız vaxtı qol və barmaqlara istirahət vermək lazımdır.
  • İş müddətini planlayın. Hər gün müəyyən vaxtlarla və fasilə ilə çalışmaq məqsədə uyğundur. Uzun müddət eyni mövqedə oturmayın.
  • Boyunuzu sağa, sola önə və arxaya doğru hərəkət etdirin. Hər iki çiyin, dirsək və əl biləyi oynaqlarını və barmaqları 2-3 saat fasilə verməklə hərəkət etdirin, açıb bağlayın.

Kompüter insanın dostudur yoxsa düşməni?

  • Oturduğunuz yerdən qalxaraq ayaqüstə durun və dizlərinizi qatlamadan barmaqlarınız yerə dəyəcək şəkildə önə əyilin. Ayrıca sağa, sola və arxaya əyilməyə çalışın.
  • Oturduğunuz yerdə dərin nəfəs alıb verin. Bu həm gərginliyinizi azaldar, həm də əzələlərinizi boşaldar.
  • Kompüter arxasında olarkən iki saatdan bir yarım saat fasilə verilməlidir.
  • Oturduğunuz yer nə çox sərt, nə də çox yumşaq olmalı, qol qoyma yerlərinin, oturma yerinin və arxalığının yüksəkliyi sizə uyğun olmalıdır.
  • Kompüter qarşısında uzun müddət hərəkət etmədən oturmayın, arada qalxıb gəzin.
  • Dirsəklərinizi işləyən zaman ən çox 90 dərəcə bükün, daha çox bükülü vəziyyətdə işləməkdən qaçınmaq lazımdır. Qan dövranını artırmaq üçün, qıç əzələlərini tez-tez masaj edin və ya qıçlarınızı 5-10 saniyə gərib boşaldın.

Kompüter insanın dostudur yoxsa düşməni?

  • Ayaqüstə olarkən, oturarkən onurğanızı düz tutun. Önə ya da arxaya əyilmədən düz durun. Donqar şəkildə oturmayın.

Beləliklə biz Kompüter insanın dostudur yoxsa düşməni? mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.