Ana səhifə / İŞƏTSQ / Hakinq haqqında məlumat

Hakinq haqqında məlumat

Paylaşmaq!

Hakinq haqqında məlumat bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Hakinq haqqında məlumat

Hakinq haqqında məlumat

Hakinq nədir?

Qısaca “hakinq” kimi deyilən bu əməl, informasiya sisteminə icazə olmadan daxil olmaq kimi başa düşülə bilər. Hər hansı bir informasiya sisteminə hüquqa zidd olaraq, sahibindən xəbərsiz, razılığı olmadan daxil olunması bir kibercinayət hadisəsidir və bu əməl bir çox ölkələrdə olduğu kimi bizim ölkəmizdə də kibercinayət hadisəsi hesab edilir. Ümumi bir cinayət hadisə olmaqla bərabər bir çox insan haqlarına zidd, şəxsi həyata müdaxilə və başqa cinayətləri də özündə doğura bilir. İnformasiya bazalarının hədəf seçilməsi, icazəsiz və hüquqa zidd olaraq informasiya sisteminə daxil olduqdan sonra, kənar informasiyanın bazaya yüklənməsi, silinməsi, dəyişdirilməsi, şifrələnməsi, oğurlanması, sistemə girişin əngəllənməsi informasiya bazalarının məruz qaldığı cinayət faktıdır.

Beləliklə biz Hakinq haqqında məlumat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.