Gözləri kompüterin mənfi təsirindən qorumaq bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Gözləri kompüterin mənfi təsirindən qorumaq
Hansı şərtlərə əməl olunmalıdır?
Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır.
- Kompüterdə 20 dəqiqə işlədikdən sonra, 20 saniyə gözləri bağlayaraq ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar.
- Təcrübələrə görə, gündə 6 saatdan çox kompüterlə işləyənlərin 100-də 75-nin gözlərində yorğunluq, yanma, qızartı, bulanıq görmə və baş ağrısı kimi şikayətlər daha çox olur.
- Tez-tez şüurlu şəkildə gözləri qırpmaq lazımdır.
- Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur.
- Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir.
- İş mühiti çox işıqlı olmamalıdır. Həddindən artıq işıqlandırıcı stolüstü lampalardan qaçmaq lazımdır.
- İş mühitinin havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Kompüter olan otağın havasını tez-tez dəyişmək lazımdır.
Beləliklə biz Gözləri kompüterin mənfi təsirindən qorumaq mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır