Ana səhifə / Virtual mühitdə iş bacarıqları / Güvənli şifrənin yaradılması

Güvənli şifrənin yaradılması

Paylaşmaq!

Güvənli şifrənin yaradılması bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları və virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Güvənli şifrənin yaradılması

Güvənli şifrənin yaradılması

Adətən hər hansı bir cihaz ya veb-səhifədə qeydiyyat olarkən şifrə və istifadəçi adı istənilir. Bütün bunlar istifadəçinin həmin resurslardan istifadəsi üçün və ona məxsus məxfi məlumatların qorunmasına xidmət edir. Onu da qeyd etməliyəm ki, aparılmış analizlər əsasında 70-80% istifadəçilər ad, soyad, doğum tarixi və digər şəxsi məlumatlardan istifadə etməklə şifrə yaradırlar. Buda onlara məxsus sosial səhifələrin, mail qutularının və hesablarının digərləri tərəfindən əldə olunmasına rahat şərait yaradır. İstifadəçilər hər hansı bir şifrə yaradarkən müxtəlif simvollar, rəqəmlər və hərflərdən ibarət şifrə yaratmalıdırlar. ən azın ildə 2-3 dəfə şifrələrin dəyişdirilməsi daha məqsədə uyğun sayılır.

Beləliklə biz Güvənli şifrənin yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.