Ana səhifə / İŞƏTSQ / Elektrik cərəyanı ilə zədələnmənin xüsusiyyətləri

Elektrik cərəyanı ilə zədələnmənin xüsusiyyətləri

Paylaşmaq!

Elektrik cərəyanı ilə zədələnmənin xüsusiyyətləri bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Elektrik cərəyanı ilə zədələnmənin xüsusiyyətləri

Elektrik cərəyanı ilə zədələnmənin xüsusiyyətləri

Elektrik cərəyanı ilə zədələnmənin hansı xüsusiyyəti mövcuddur?

  • Elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradan xarici əlamətlər yoxdur. İnsan elektrik cərəyanı ilə zədələnmə təhlükəsinin mümkünlüyünü görmür, eşitmir, iyləyə, yaxud vaxtından əvvəl aşkar edə bilmir;
  • Elektrik travmaları zamanı əmək qabiliyyətinin itirilməsi bir qayda olaraq uzunmüddətli olur, hətta ölümlə nəticələnə bilər;
  • Sənaye tezlikli 10-20 mA cərəyanlar əzələlərin intensiv qıcolmasına səbəb ola bilir ki, bunun da nəticəsində cərəyan aparan hissələrə “yapışma” hadisəsi baş verir. Bu zaman insana elektrik cərəyanının təsirindən özü xilas ola bilmir;
  • Elektrik cərəyanı ilə zədələnmə nəticəsində mexaniki travma almaq mümkündür.

Elektrik cərəyanı ilə zədələnmənin hansı səbəbləri vardır?

Elektrik cərəyanı ilə zədələnmənin xüsusiyyətləri

  • Gərginlik altında olan cərəyan aparan hissələrə toxunma;
  • İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı səbəbindən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyan aparmayan, lakin cərəyan keçirən hissələrinə toxunmaq;
  • Addım gərginliyinin təsiri altına düşmək;
  • Elektrik qurğularının texniki istismar qaydalarının və təhlükəsizlik texnikası qaydalarının pozulması.

Elektriklə işləyən avadanlıqlar, elektrik mühərrikləri, idarəetmə və mühafizə aparatları, nəzarət ölçmə cihazları və s. istehsal olunarkən onların iş şəraiti nəzərə alınaraq konstruksiya edilir.

Beləliklə biz Elektrik cərəyanı ilə zədələnmənin əsas xüsusiyyətləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.