Ana səhifə / İŞƏTSQ / Bot-Net-D-Dos hücumlar

Bot-Net-D-Dos hücumlar

Paylaşmaq!

Bot-Net-D-Dos hücumlar bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Bot-Net-D-Dos hücumlar

Bot-Net-D-Dos hücumlar

Bot-Net-D-Dos hücumlar nədir?

Bir sistemə daxil olmağın əngəllənməsini təmin etmək üçün həyata keçirilən əməldir. Əvvəlcədən zərərli proqram təminatı yüklənərək ələ keçirilmiş və BOT olaraq adlandırılan kompüterlərə əmr verərək istənilən veb-sayta qısa bir vaxt ərzində çox sayda müraciət göndərərək başqa istifadəçilərin sayta daxil olmasını əngəlləmək məqsədi ilə həyata keçirilən hücumlardır.

Məsəl üçün desək, 10 adamın keçə biləcəyi bir qapıya, 10.000 adamın eyni anda toplaşması kimi başa düşülə bilər. Xarici təcrübədə bu fakt biznes maraqlarına xidmət edən hücumlar sırasındadır. Ölkəmizdə isə əsasən xəbər portallarına qarşı təşkil edilən hücumlar bu xassədəndir. Eyni zamanda, ölkəmizdə siyasi və terror fəaliyyətlərinə xidmət edən kiberhücumlar da bu xassəlidir.

Beləliklə biz Bot-Net-D-Dos hücumlar mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.