Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yandex.Diskə həsr olunmuş beşinci video dərsliyimdə salamlayıram. Bugünkü, video dərsimizin əsas mövzusu «Yandex Diskə faylın yüklənməsi» olacaq. Qeyd etmək istəyirəm ki, bu video dərsimizin praktik mahiyyəti ondan ibarətdir ki, böyük həcmli faylları internet üzərindən dost və tanışlarımıza yollamaq üçün elektron poçtdan istifadə etmək mümkün olmur. Bəzi servislər isə böyük həcmli məlumatları yalnız müəyyən müddət saxlaya bilər. Bu isə həmin məlumatın sonradan silinməsi ilə nəticələnir. Yəqin internetdə faylları müxtəlif fayl mübadiləsi saytlarından yükləyərkən bununla rastlaşmısınız. Axtarılan fayl tapılmadı. Bu da onu göstərir ki, bu cür saytlar yalnız müəyyən olunmuş müddətə həmin faylı yadda saxlayır. Bəzi servislərdə isə bu xidmət pulludur. Biz üçüncü video dərsimizdə «Yandex Diskdə qovluğun yaradılması» mövzusu ilə tanış olduq.
Yandex Diskə faylın yüklənməsi
Məlumdur ki, diskdə müəyyən bir yaddaş sahəsi olduğu üçün buraya müxtəlif tipli faylların əlavə olunması olduqca qatışıq bir vəziyyət yaradır. Sonradan fayllar üzərində hər hansı bir əməliyyat aparmaq istədikdə onu tapmaq istifadəçi üçün çətin olur. Odur ki, diskdə bütün məlumatlarınızı qovluq şəklində çeşidləmək və onlara ad vermək zərurəti yaranır. Beləliklə biz diskdə yaratdığımız Foto qovluğuna daxil oluruq. Video dərslikdən göründüyü kimi hal-hazırda Foto qovluğu boşdur. Bura faylın əlavə olunması üçün Yandex Disk səhifəsinin mərkəzində Загрузить файлы düyməsi mövcuddur. Onun da iş prinsipi elə Загрузить düyməsinin iş prinsipi kimidir. Həmin düymə üzərində siçanın göstəricisi bir dəfə vurulur. Açılan pəncərədə faylın ünvanı tapılır. Açmaq düyməsini sıxmaqla faylın qovluğa yüklənməsini təmin edirik. Bundan sonra yeni Загрузка adlanan pəncərə yaranır. Həmin pəncərədə cari yüklənən faylın adı yazılır və yükləməni bildirən yaşıl zolağ yaranır. Yaşıl zolaq yükləmənin getdiyini bildirir. Bu zolaq tam dolan kimi fayl Yandex Diskə yüklənmiş sayılır. Загрузка adlanan pəncərədə qeyd olunur ki, əgər sizin yüklədiyiniz faylın ölçüsü 2 Gb-dan çoxdursa, onda bu cür faylın Yandex Diskə yükləmək üçün proqramdan istifadə etməyi tövsiyyə edir. Windows əməliyyat sistemi üçün proqramın kompüterə yüklənməsi barədə növbəti dərslərdə məlumat verəcəyik. Gördüyümüz kimi fayl yükləndikdən sonra onun qarşısında işarə qoyulur. Bu isə yüklənmənin tamamlandığını göstərir. Digər faylların da əlavə olunması yuxarıda göstərdiyimiz üsulla aparılır. Загрузка adlanan pəncərədən çıxış üçün sadəcə Закрыть düyməsi sıxılır. Beləliklə biz Yandex Diskə faylın yüklənməsi mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır