Ana səhifə / Internet / Yandex Diskdə fayllar üzərində əməliyyatlar

Yandex Diskdə fayllar üzərində əməliyyatlar

Paylaşmaq!

Yandex Diskdə fayllar üzərində əməliyyatlar
Fayl haqqında məlumat

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yandex.Diskə həsr olunmuş yeddi video dərsliyimdə salamlayıram. Bugünkü, video dərsimizin əsas mövzusu «Yandex Diskdə fayllar üzərində əməliyyatlar» olacaq. Əgər altıncı video dərsliyimə baxmısınızsa, onda həmin video dərslikdə gördünüz ki, istənilən diskə yüklənmiş fayl üçün necə keçid linki əldə edirlər. Sonra onun surətini çıxardıb dostlara necə göndərirlər. Biz altıncı video dərslikdə fayllar üzərində əməliyyat aparmaq üçün bəzi düymələr haqqında qısaca şərh verdik. Lakin düşündüm ki, bu qələmə aldığım yeddinci video dərslikdə bunlar haqqında bir qədər ətraflı məlumat verək.

Yandex Diskdə fayllar üzərində əməliyyatlar

Yandex Diskdə fayllar üzərində əməliyyatlar
Yandex Diskdə fayllar üzərində əməliyyatlar

Gördüyümüz kimi hər hansı bir faylın seçilməsi nəticəsində onun üçün pəncərənin sağ tərəfində bir panel yaranır. Həmin pəncərədə fayl haqqında bir sıra məlumatlar əks olunur. Faylın tipindən asılı olaraq bu paneldəki məlumatlar fərqli ola bilər. Bizim nümunəmizdə şəkil faylı olduğu üçün göstərilən məlumatlarda şəkilə aiddir. Qısa olaraq desək həmin paneldə (pəncərədə) faylın adı,faylın həcmi, dəyişiklik edildiyi tarix, faylın üzərində müxtəlif əməliyyatları aparmaq üçün düymələr toplusu, şəkli böyütmək üçün xüsusi funksiya vardır. Həmin düymələr içərisində faylı diskdən silmək üçün Удалить düyməsi, faylı diskdən kompüterə köçürmək ( yükləmək) üçün  Скачать

Yandex Diskdə fayllar üzərində əməliyyatlar
Faylı yükləmək üçün düymə
Yandex Diskdə fayllar üzərində əməliyyatlar
Faylı sılmək üçün düymə

düyməsi mövcuddur. Fayl üzərində redaktə əməliyyatlarını aparmaq üçün isə Редактировать adlanan düymə mövcuddur. Gəlin Редактировать adlanan düymə ilə ətraflı tanış olaq. Nəzərə alın ki, bizim nümunəmizdə şəkil üzərində redaktə işi aparılacaqdır. Редактировать adlanan düymə vurularsa, bu zaman Фото редактор adlanan pəncərə açılacaqdır. Həmin Фото редактор pəncərəsində hazır düymələr toplusunun siyahısı vardır. Məsələn verilmiş şəkli çərçivəyə salmaq üçün üçün pəncərədəki Рамки düyməsi sıxılmalıdır. Həmin düymə bir sıra hazır çərçivə nümunələrini istifadəçiyə təklif edir. Zövqə görə çərçivə nümunəsi seçilir. Ok düyməsi sıxılır. Sonra isə Готово düyməsi vurulur. Gördüyümüz kimi redaktə etdiyimiz şəkil Yandex Diskə əlavə olundu. İndi şəklin

Yandex Diskdə fayllar üzərində əməliyyatlar
Redaktə düyməsi

orijinalı ilə yanaşı artıq redaktə olunmuş dublikatıda yaradılıb. Yandex Diskdə faylları üzərində aparılan əməliyyatlardan biri də diskə əlavə edilmiş faylın silinməsidir. Yandex Diskdə qovluqlar silindiyi kimi fayllar da silinə bilər. Bunun üçün istənilən bir faylı seçin. Onun üçün açılan pəncərədə Удалить düyməsini tapın və bir dəfə siçanın sol düyməsini vurun. Gördüyümüz kimi  qeyd olunmuş faylımız Yandex Diskdən uzaqlaşdırıldı.

Beləliklə biz «Yandex Diskdə fayllar üzərində əməliyyatlar » mövzusu ilə tanış olduq və öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Web-səhifələrin çap edilməsi

Web-səhifələrin çap edilməsi

Sizləri Web səhifələrin çap edilməsi adlanan video dərslikdə salamlayıram. Web səhifəni çox asanlıqla çap etmək olar. Fayl (File) menyusundan Çap (Print) əmrini seçin. Açılan pəncərənin Çap edilməli (Print range) hissəsində Hamısı (All) şərti seçilməlidir. 

Добавить комментарий