Ana səhifə / Internet / Yandex Diskdə qovluğun silinməsi

Yandex Diskdə qovluğun silinməsi

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yandex.Diskə həsr olunmuş dördüncü video dərsliyimdə salamlayıram. Əgər bu video dərsliyimə yeni baxırsınızsa çalışın ki, bundan əvvəlki video dərsliyimə baxasınız ki, bu dördüncü video dərsliyimdə mahiyyət etibarı ilə sizə maraqlı görünsün. Bugünkü, video dərsimizin əsas mövzusu Yandex Diskdə qovluğun silinməsi olacaq. Biz üçüncü video dərslikdə Yandex Diskdə qovluğun  yaradılması haqqında danışdıq.

Yandex Diskdə qovluğun silinməsi

Yandex Diskdə qovluğun silinməsi

Düşünürəm ki, günün birində hər bir istifadəçidə yaratdığı qovluğu silmək zərurəti yarana bilər. Odur ki, qovluğun silinməsi üsullarını da öyrənmək vacibdir. Məlumdur ki, burada qovluqlar sarı rəngdədir. Artıq digər əməliyyat sistemlərində qovluğun rənginin sarı olduğunu bilirsiniz. Qovluq üzərinə siçanın göstəricisi yaxınlaşarsa, onda həmin qovluğun sol aşağı küncündə kiçikYandex Diskdə qovluğun silinməsi kvadrat işarəsi yaranır. Həmin kvadrat üzərində siçanın göstəricisi bir dəfə vurulduqda o qeyd olunur. Yəni həmin qovluq seçilir. Qeyd etmək istərdim ki, qovluq seçildikdən sonra ekranın sağ tərəfində qovluq haqqında ətraflı məlumat çıxır. Həmçinin onun üzərində müxtəlif əməliyyatlar aparmaq üçün düymələr yaranır. Ona görə də Yandex.Diskdə bu qovluğun silinməsi üçün xüsusi düymə mövcuddur. Bu düymənin adı Удалить düyməsidir. Həmin düymə üzərində siçanın göstəricisini bir dəfə vurduqda qeyd olunmuş qovluq silinir. Silinmə prosesi qovluq daxilindəki məlumatların həcmindən asılı olaraq bir qədər vaxt ala bilər. Bu gün ki video dərsimiz bura qədər.

Yandex Diskdə qovluğun silinməsi
Qovluğu silmək üçün düymə

Beləliklə biz Yandex Diskdə qovluğun silinməsi mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyimə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınız da yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Web-səhifələrin çap edilməsi

Web-səhifələrin çap edilməsi

Sizləri Web səhifələrin çap edilməsi adlanan video dərslikdə salamlayıram. Web səhifəni çox asanlıqla çap etmək olar. Fayl (File) menyusundan Çap (Print) əmrini seçin. Açılan pəncərənin Çap edilməli (Print range) hissəsində Hamısı (All) şərti seçilməlidir. 

Добавить комментарий