
http://www.google.az
http://www.rambler.ru
http://www.yahoo.com
http://www.yandex.ru

http://www.altavista.com
http://www.webrehberi.com
İstənilən mövzuda, məsələn, «İdman» mövzusunda, məlumat axtarmaq üçün verilmiş formaya qeyd olunan «İdman» açar sözünü daxil etmək və Axtarış (Search) düyməsini basmaq lazımdır.
İnternetdə axtarış və axtarış parametrləri

Axtarış zamanı sistem hər Web-səhifədə rast gəldiyi açar sözlərinin sayını qeydə alır. Və nəhayət, ekrana sizin verdiyiniz şərtlərə daha çox üyğun olan qovşaqların siyahısı çıxarılır.


İndi isə, axtarış aparmaq üçün açar sözündən istifadə edək. Başqa bir axtarış serverinə müraciət edək. Ünvan sətrində www.rambler.ru yazın və Enter düyməsini basın. Səhifə yükləndikdən sonra axtarış sahəsinə Hippokrat açar sözünü daxil edin və Axtarış (Search) düyməsini basın. Sistem axtarış apararaq, müvafiq səhifələrin siyahısını çıxaracaq. Lazımi səhifəni seçin. Siyahıdakı səhifələrin bir-bir brauzerin eyni pəncərəsində açılması müəyyən çətinliklərə səbəb olur. Hər dəfə siyahıya müraciət edərkən geriyə qayıtmaq lazım gəlir. Bu çətinliyi aradan qaldırmaq üçün bir neçə səhifəni eyni zamanda yükləmək olar. Mausun göstəricisini istinadın üzərinə gətirin, mausun sağ düyməsi ilə kontekst menyunu açın və Yeni pəncərədə açmaq (Open in new window) əmrini seçin.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır