Ana səhifə / Internet / Google Chrome səyyahını necə yükləməli?

Google Chrome səyyahını necə yükləməli?

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Növbəti video dərsliyimdə sizləri salamlayıram. Bugünkü video dərsim  Google Chrome səyyahı haqqında olacaq. Yəqin ki, bu səyyahla dünyada bir çox istifadəçilərlə yanaşı siz də artıq tanışsınız. Deyək ki, sizin kompüterinizdə Google Chrome səyyahı quraşdırılmayıb və siz həmin səyyahın kompüterinizə quraşdırılmaGoogle Chrome səyyahını necə yükləməli? prosesini öyrənmək istərdiniz. Google Chrome səyyahını öz rəsmi saytından yükləmək mümkündür. Bunun üçün bizə hər hansı bir səyyah lazım olacaq. Mənim nümunəmdə bu Mozilla Firefox səyyahı olacaq.

Google Chrome səyyahını necə yükləməli?

Google Chrome səyyahını necə yükləməli?

Həmin səyyahı ekrana çağırıb Url ünvanında www.google.az saytını yığacayıq. Açılan axtarış sistemində biz google update frazasını daxil edəcəyik. Axtarış zamanı qarşıya çıxan birinci nəticə bizə olan saytın ünvanıdır.Onun üzərində siçanın sol düyməsini bir dəfə sıxırıq. Beləliklə biz Google Chrome səyyahının növbəti səhifəsinə bağlanırıq. Bu səhifənin sağ tərəfində səyyahı yükləmək üçün Загрузка и установка Google Chrome adlanan növbəti bölməni görürük. Üzərində siçanın sol düyməsini bir dəfə sıxırıq. Yüklənən növbəti səhifə səyyahın müxtəlif əməliyyat sistemləri üçün nəzərdə tutulmuş təlimatını oxuya bilərsiniz. Sonra isə загрузить Google Chrome düyməsini sıxmalıyıq. Növbəti səhifədə Установить Google Chrome в качестве браузера по умолчанию çekboksunda işarə qoyulur və Принять условия и установить düyməsi sıxılır. Səyyahı yükləmək üçün açılan növbəti pəncərədə faylı yadda saxlamaq təklif olunur. Mozilla Firefox səyyahının yüklənmə səhifəsinə fayl düşür. Bir neçə saniyədən sonra artıq faylı kompüterə yükləmək olar. Bunun üçün Mozilla Firefox səyyahının yüklənmə səhifəsində Google Chrome proqramının Setup faylını görürük. Onu kompüterə yükləmək üçün üzərində siçanın sol düyməsini bir dəfə vururuq. Beləliklə qarşıya çıxan növbəti pəncərədə Запустить adlanan düyməni sıxırıq. Burada yükləmə prosesi faktiki olaraq iki mərhələyə bölünür. Birinci mərhələdə proqramın internetdən kompüterə endirilməsi prosesi başlayır. İkinci mərhələdə isə yüklənmiş fayl kompüterə instalizasiya olunur. Bu proses geniş zolaqlı yüksək sürətli internet istifadəçiləri üçün cəmi bir neçə dəqiqə vaxt ala bilər. Amma internetə qoşulma sürəti zəif olan istifadəçilər üçün isə bir qədər vaxt tələb olunur. Amma bütün bunlara baxmayaraq bu səyyahı yükləməyə dəyər. Mövzu ilə ətraflı tanış olmaq üçün aşağıdakı video dərsliyə baxın.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Web-səhifələrin çap edilməsi

Web-səhifələrin çap edilməsi

Sizləri Web səhifələrin çap edilməsi adlanan video dərslikdə salamlayıram. Web səhifəni çox asanlıqla çap etmək olar. Fayl (File) menyusundan Çap (Print) əmrini seçin. Açılan pəncərənin Çap edilməli (Print range) hissəsində Hamısı (All) şərti seçilməlidir. 

Добавить комментарий